İtaliyada dəbdəbəli istirahət üçün – 10 ƏN YAXŞI MƏKAN
18 APREL 2016
1142

İtaliyada dəbdəbəli istirahət üçün – 10 ƏN YAXŞI MƏKAN

İtaliya özünün möhtəşəm memarlığı, təbiət mənzərələri və təkrarolunmaz mətbəxi ilə məşhurdur. Bütün bunlar onu lüks sinif turizmi üçün ən yaxşı ölkələrdən edir. Fins.az rus mətbuatına istindən səyahətə 20 min dollar xərcləməyə hazır olan insanlar üçün İtaliyanın ən populyar bölgələrinin siyahısını təqdim edir.

Bu siyahıda hər kəsin ürəyincə yer tapmaq mümkündür: burada həm kiçik, rəngli evlərə, həm göl sahilində dəbdəbəli hotellərə, həmçinin cənnət çimərlikli aalara rast gələcəksiniz. Beləliklə, İtaliyada dəbdəbəli istirahət üçün gediləcək  məkanı təqdim edirik:

10. Amalfi

Amalfitan sahilində yerləşən bu füsunkar şəhərcik dağın yamacında yerləşir və okeana doğru uzanır. Zəngin sıyahətçilər burada qayanın zirvəsində yerləşən 5 ulduzlu Grand Hotel Il Saraceno hotelində qalmağı sevirlər. Hotelin şəxsi çimərliyi və dəniz suyu olan hovuzu var.

9. Portofino

Bu kiçicik balıqçı kəndi lüks sinif kurorta çevrilib. Bu romantik məkan varlı turistlər arasında böyük məşhurluq qazanıb. Portofinoda Beyons, Cey zi və Stiven Spilberq də olublar. Onlar 5 ulduzlu “Belmond Hotel Splendido” hotelində qalıblar. Hotelin damında çiçək bağları, içərisində isə spa-mərkəzi və sauna yerləşir. Bəzi nömrələrdə hamam otaqları mərmərlə işlənib.

8. Bellaco

İtaliya ruhunu hiss etmək istəyənlərin Bellaco daha çox xoşuna gəlir. Varlı turistlər “Mistral” tipli mişlen restoranlarına üstünlük verirlər.

7. Pozitano

Amalfitan sahilində yerləşən bu gözəl kənd firuzəyi buxta ətrafında səpələnmiş əhəngdaşlı mavritan evcikləri ilə tanınır. Zəngin turistlər “Le Sirenuse” hotelində yerləşən “La Sponda” restoranına buranın neopolitan mətbəxi ilə tanış olmağa yollanırlar. Axşamlar bu restoranı 400 şamla işıqlandırırlar.

6. Kapri

Bu kurort hələ qədim romalıların dövründən dəbdəbəli məkanlardan sayılır. Adada hər şey var: xarabalıqlar, çimərliklər, gözəl təbiət və qida. Kapridə ən dəbdəbəli apartmantlar qayanın kənarındakı qədim villada yerləşən “Caesar Augustus” hotelindədirlər. Turistlərin ixtiyarına verilən 6 yataq otağından Neopolitan körfəzinə və Amalfitan sahilinə cəlbedici mənzərə açılır. Turistlər üçün həmçinin ikisəviyyəli dənizə qarışan hovuz nəzərdə tutulub.

5. Çinkve-Terre

İtaliya milli parkının ərazisində 5 balaca kənd yerləşir: Monterosso-al-Mare, Kornilya, Vernazza, Manarola və Riomadcore, park özü isə UNESCO-nun Dünya irsləri siyahısına daxil olub. Şübhəsiz, planetin ən gözəl yerlərindən biridir. Varlı səyahətçilər burada Aralıq dənizi kruizləri zamanı dayanırlar və “Porto Roca” tipli 4 uldulu hotellərdə istirahət edirlər. Bu hotellərin bəzi nömrələrində cakuzilər də var.

4. Milan

İtaliyanın ticarət mərkəzində zəngin turistlər bahalı dizayner butiklərinə gedə və Valentino, Prada Dolce & Gabbana və digər dəb dünyasının qurularında pullarını xərcləyə bilərlər. Onların kolleksiyaları şəhərin əsas passajı sayılan II Viktor Emmanuelin galereyasında satışa çıxarılır. Bu XIX əsr ticarət qalereyası Milan Duomosunun yaxınlığında yerləşir.

3. Florensiya

Görməli yerləri, yüksək incəsənət nümunəkləri, mətbəxi və şəhər atmosferi Florensiyanı varlı səyahətçilərin xəritələrinin əsas məntəqələrdən birinə çevirib. Onlar əsasən məşhur Boboli bağlarının yaxınlığında yerləşən 5 ulduzlu “Palazzo Magnani Feroni” və ya “Villa Cora” hotellərində qalmağa üstünlük verirlər. Orada siqar otağı, hovuz ətrafında bar və damda yerləşən terras var.

2. Venesiya

Venesiya bütün səyahətsevərlər arasında məşhurdur, lakin heç də hər kəsin XVI əsr Grand-kanalının binasında yerləşən dəbdəbəli 5 ulduzlu “Gritti Palace”da qalmaq imkanı yoxdur. “Acqua di Parma” spa-mərkəzində turistlərə şəlalə-duşdan həzz almaq, şezlonqda uzanmaq və ətirli buxar hamamından istifadə etmək təklif olunur.

1.Roma

Əbədi şəhərdə mişlen restoranlarının sayı həqiqətən çoxdur – 14 restoran. Varlı turistlərin əksəriyyəti Roma forumu rayonunda yerləşən “The Inn” hotelində qalmağa üstünlük verirlər. Bu, qədim xarabalıqlara mənzərə açılan yeganə hoteldir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır