Azərbaycanlılar bu Avropa ölkəsinə daha asan gedəcəklər
29 APREL 2016
2279

Azərbaycanlılar bu Avropa ölkəsinə daha asan gedəcəklər

Xorvatiya Azərbaycan vətəndaşlarının ölkəyə girişi ilə bağlı qaydaları sadələşdirib. Bu barədə, Xorvatiyanın Azərbaycandakı səfirliyi öz facebook səhifəsində yazıb. Yeni qaydalar istənilən Avropa Birliyi ölkəsinə iki və çoxdəfəli girişə icazə verən multi Şengen vizası olan Azərbaycan vətəndaşlarına şamil olunub.

Səfirlikdən verilən məlumata görə, artıq visa aldığınız Avropa Birliyi ölkəsinə daxil olmadan belə Xorvatiyaya gedə biləcəksiniz. Məsələn, əgər, Azərbaycan vətəndaşı Şengen vizasını Latviya, Lİtva və ya Fransadan alıbsa, o bu ölkələrə daxil olmadan birbaşa Xorvatiyaya baş çəkə biləcək. Əvvəllər isə, ölkəyə daxil olmaq üçün yalnız Xorvatiya milli vizası alınmalı idi. Bu proses isə İstanbulda həyata keçirilirdi. Sənədlərin göndərilməsi və geri alınması vətəndaşlara 288 AZN-ə başa gəlirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır