Türkiyə hotellərində ciddi ucuzlaşma – 9-10 DOLLARA ENƏN QİYMƏTLƏR
03 MAY 2016
4721

Türkiyə hotellərində ciddi ucuzlaşma – 9-10 DOLLARA ENƏN QİYMƏTLƏR

Türkiyənin istirahət mərkəzlərində qiymətlər kəskin azalıb. Fins.az-ın mədumatına görə, bu ölkəyə gələn xarici turistlərin azalması nəticəsində hotellərin əksəriyyəti qiymətlərə yenidən baxmalı olublar. Nəticədə bəzi hotellərdə qiymətlər ötən illə müqayisədə hətta 50%-dən ucuzlaşıb.

9-19 dollara hotel tapmaq olar

Fins.az-ın məlumatı görə, 2016-cı ilin birinci rübündə ölkəyə gələn turistlərin sayı 11,5% azalıb. Və bu rəqəmin ilin sonuna kimi 30-40 %-ə qədər azalacağı gözlənilir.Türk hotellərindən verilən məlumata görə, Rusiya ilə Türkiyə arasında yaranan gərginlik, Türkiyədə baş verən son terror hadisələri turist axınını xeyli zəiflədib. Ölkəyə gələn turistlərin azalması isə hotellərin qiymətlərinə təsir göstərib. Belə ki, İstanbulda və əsas turizm mərkəzi hesab edilən Antaliya, Bodrum, Quş adası və Alanyada hotellər 5 %-dən 50%-ə kimi ucuzlaşıb. İndi istirahət bölgələrində hətta 9-19 dollara hotel tapmaq mümkündür. Fins.az Türkiyədəki hotellərin qiymətlərini araşdırıb.

Şişlidə 4 ulduz hotel - 58 dollar

İstanbulda yerləşən hotellərdə qiymətlər ulduz sayından aslı olaraq 5-30 % arasında ucuzlaşıb. 4-5 ulduzlu hotellər qiymətləri 20-30 %, 2-3 ulduzlu hotellərdə 15-20%, kiçik hotellərdə qiymətlər isə 5-15% aşağı düşüb. Endirimli qiymətlərə ya sadəcə oteldə gecələmək, yada əlavə olaraq səhər yeməyi təklif edilir. Məsələn, İstanbulun Şişli bölgəsində yerləşən “Clarian Hotel & Suites” qiyməti 30% ucuzlaşdırıb. İyul ayına kimi 2 nəfərlik otaqda gecələmək adambaşı qiymətlər 83 dollara deyil, 58 dollardır. Bu qiymətə səhər yeməyi daxildir. Amma endirim o zaman edilir ki, müştəri ən azı hoteldə 3 gün qalmış olsun.

“Galata Qülləsi”nin yaxınlığında hotel – 30-37 dollar

Galata Qülləsinə 300 metr məsafədə, məşhur ticarət bölgəsi “Asmalımescid”ə 15 dəqiqəlik məsafədə İstanbulun Bəyoğlu məhəlləsində yerləşən “Galata La Bella Hotel” də qiymətləri endirib. İyun ayının sonuna kimi bu hoteldə adambaşı qiymətlər 48 dollardan 37 dollara kimi ucuzlaşıb. Söhbət iki nəfərlik otaqlardan gedir. Üç nəfərlik otaqları sifariş etmək daha ucuz başa gəlir. Burada adambaşı qiymətlər 30 dollar təşkil edir. Bu qiymətə səhər yeməyi də daxildir.

Taksimdə 19 dollara 3 ulduzlu hotel

Şəhərin məşhur Taksim meydanın ətrafındakı hotellərin qiymətlərində də ucuzlaşma müşahidə edilir. Məsələn, 3 ulduzlu “Butik Star Hotel”də səhər yeməyi daxil bir gecəlik qiymətlər 22 dollardan 19 dollara kimi ucuzlaşıb. Hoteldə bu qiymətə yalnız may ayının sonuna kimi nömrə sifariş vermək olar.

Alanyada “hər şey daxil” hotel - 15 dollar

Türkiyənin əsas turizm mərkəzlərində hotellər daha çox ucuzlaşıb. Alanyada 4 ulduzlu hotellər turistləri hətta yarı qiymətlə qəbul etməyə hazırdırlar. Məsələn, “Beach Club Doğanay” hotelin «hər şey daxil» adambaşı qiymətləri 55 dollardan 26 dollara, “Royal Garden Suite Hotel”də qiymətlər 46 dollardan 23 dollara düşüb. Hər şey daxil bəzi 3 ulduzlu hotellərdə gecələmək isə daha da ucuz başa gəlir. Məsələn, “Görgülü Kleopatra Beach Hotel”də adambaşı qiymətlər hətta 34 dollardan 15 dollara kimi ucuzlaşıb. Amma endirimli qiymətlər may ayının sonuna kimi nəzərdə tutulub.

Bodrumda 4 ulduzlu hotellər 9-24 dollara

Bodrumda isə qiymətlər o qədər ucuzlaşıb ki, 9 dollara isə səhər yeməyi daxil 4 ulduzlu hoteldə gecələmək olar. Məsələn, Egey dənizinin sahilində “Serhan Hotel” hoteldə istirahət etmək istəyənlər may ayının sonuna kimi 9 dollara, iyul ayına kimi isə 15 dollara nömrə sifariş edə bilərlər. İyun ayının ortalarına kimi isə 24 dollara hər şey daxil 5 ulduzlu hoteldə qalmaq olar. Belə ki, sahildə yerləşən “Dragut Point South Hotel» adambaşı qiymətləri 40 dollardan 24 dollara kimi ucuzlaşdırıb.

Quş adasında 4 ulduzlu hotel - 24 dollara

Türkiyə turizmindəki böhran Quş adasındakı hotellərində qiymətlərini xeyli ucuzlaşdırıb. Belə ki, hotellər turist cəlb etmək üçün may və iyun aylarında 45 -50%-lik endirim kampaniyalarına başlayıblar. Məsələn, 4 ulduzlu hər şey daxil “Batıhan Beach Resort” hotelində iyun ayının 5-nə kimi qiymətlər 68 dollardan 32 dollara kimi ucuzlaşıb. Egey sahillərində yerləşən 4 ulduzlu “Faustina Hotel” isə müştərilərinə daha ucuz qiymət təklif edir. Belə ki, bu hoteldə hər şey daxil qiymətləri daha 42 dollardan 24 dollara kimi aşağı düşüb. Hətta eyni qiymətə iyul ayının 7-nə kimi nömrə sifariş etmək olar.

Antaliyada hər şey daxil hotel - 28 dollara

Antaliya hotelləri də endirim kampaniyasına başlayıb.Belə ki, Egey sahillərində yerləşən 4 ulduzlu hotellər qiymətləri 43-50 % ucuzlaşdırıblar. Məsələn, “Club Salima Hotel”i iyun ayına kimi hər şey daxil adambaşı qiymətləri 98 dollardan 55 dollara endirib. Endirim kampaniyası iyul ayında davam etdirilir. İyul ayında nömrə sifariş etmək 108 dollara deyil, 62 dollara başa gələcək. Antaliyadakı “Golden Lotus Hotel” isə daha ucuz qiymətlər təklif edir. Əvvəl 56 dollardan başlayan adambaşı qiymətlər hər şey daxil 28 dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır