Ötən ay Gürcüstana 106 min azərbaycanlı gedib
04 MAY 2016
368

Ötən ay Gürcüstana 106 min azərbaycanlı gedib

Bu ilin aprel ayında 105 min 695 Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Fins.az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu rəqəm 2015-ci ilin aprel ayı ilə müqayisədə 17,6% çoxdur.

Azərbaycan bu göstərici ilə Gürcüstana səfər edən xarici vətəndaşlar sırasında ikinci yerdədir. Birinci yerdə isə Türkiyə vətəndaşlarıdır - 115887 nəfər.

Ümumiyyətlə, apreldə Gürcüstana 171 min 235 turist gəlib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.

Cari ilin yanvar-aprel aylarında isə Gürcüstana 1 milyon 596 min 916 nəfər xarici vətəndaş gəlib. Bu da ötən ilin 4 ayı ilə müqayisədə 15,4% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır