Rusiyalı turistlər Azərbaycana axışır
25 MAY 2016
1564

Rusiyalı turistlər Azərbaycana axışır

Bu il Azərbaycana səyahət etmək istəyən rusiyalı turistlərin sayı 2015-ci ilə nisbətdə 90% artıb. Fins.az xəbər verir ki, bu barədə otel və biletlərin axtarış xidməti "Skyscanner"in apardığı araşdırmada qeyd olunur.

"Skyscanner" araşdırma çərçivəsində 260 min rusiyalı səyyah arasında sorğu aparıb, həmçinin öz saytı vasitəsi ilə aviabilet sifarişlərini təhlil edib.

Resursun məlumatına görə, artıq indi sifarişlərin yarısından çoxu (52%) Rusiya kurortlarının payına düşür. Proqnozlara görə, ümumilikdə, yay mövsümünün yekunu üzrə yerli səyahətçilərin ümumi sayından 60%-i Rusiyada istirahət edəcək.

Araşdırmaya əsasən, ruslar daxili istiqamətlərlə yanaşı tez-tez yaxın xaricdə də istirahət etməyə üstünlük verirlər. Belə ki, ötən il ilə müqayisədə Gürcüstana bilet satışı iki dəfə, Azərbaycana 90%, Bolqarıstana 31%, Qazaxıstana 20%, Ermənistana isə 16% artıb.

Rusların xaricdə ən məşhur yay istirahəti məkanları isə İspaniya və İtaliya olaraq qalır.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır