Antaliyaya gedən turistlər 42% azalıb
08 İYUN 2016
381

Antaliyaya gedən turistlər 42% azalıb

Bu ilin yanvar-may aylarında Antaliyaya hava yolu ilə 1 473 744 nəfər turist gəlib. Fins.az-ın məlumatına görə, bu barədə Antalya Havalimanı Mülki Idarə Əmirliyi məlumat yayıb. Qurum bildirir ki, ötən ilin eyni dövrü i lə müqayisədə turistlərin sayının 42% azalması müşahidə olunur.

Digər bir məlumata görə,səyahət üçün Antalyanı seçən ölkələr sırasında Almaniya liderdir. Yanvar-may aylarında Almaniyadan Antaliyaya 582 782 turist gəlib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayidə 30 % azdır.   

Almaniyadan sonra Antalyaya ən çöx turist gələn ölkələr sırasında Hollandiyadan gələnlərin də sayı 33% azalıb. Məsələn, ötən ilin 5 ayında Antalyada səyahəti seçənlər 150 395 nəfər olubsa, bu il cəmi 100 809 Hollandiyalı turist gəlib. 

Bununla yanaşı, Antalya ilə yanaşı Bələki istirahəti seçən ingilis turistlərin də sayında azalma müşahidə olunur. Ötən ilin eyni dövründə Bələkdə 116 464 ingilis turist istirahət edib. Bu il 20 % azalma ilə bu rəqəm 93 285 olub.  

Antaliyada ən çox səyahət edən turistlər sırasında 4-cü yeri Ukraynalılar tutur. Digər 3 ölkədən fərqli olaraq bu il bu il Antalyanı seçən ukraynalıların sayı 57 % artaraq 89 310 nəfər olub.  Bu son 4 ilin ən yaxşı göstəricisidir. Antaliyaya gələn İsrail turistlərinin sayı ötən illə müqayisədə  69 % artıb. 

Məsələn, ötən ilin ilk 5 ayında 22 738 İsrailli istirahət üçün Türkiyənin bu bölgəsini seçmişdisə, bu ilin iyun ayına kimi Antalyaya 38 390 yəhudi gəlib. Iki ölkədən Türkiyəyə gələn turistlərin sayı xeyli artsa da, bu Rusiya bazarından olan itkilərin yerini doldura bilməyib.

Həmişə Antaliyaya ən çox turist göndərən ölkələr sırasında  1-ci 2-ci yerləri tutan Rusiya bu ilin yanvar-may aylarında siyahıda 12-ci olub. Rusiyalı turistlərin sayı nə az nə çox, 96 % azalıb. 2014-ci ilin eyni dövründə 802 364 nəfər, ötən il 542 160 nəfər rusiyalı turist Antaliyanı seçmişdisə, bu il bu rəqəm cəmi 21 359 nəfər olub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır