Sürüşmə Şahdağa gedən turistlərə mane oldu - AÇIQLAMA
08 İYUN 2016
290

Sürüşmə Şahdağa gedən turistlərə mane oldu - AÇIQLAMA

Qusar rayonunda Şahdağ Milli Parkı ərazisində baş verən sürüşmə turist səfərlərinə təsir etməyib. Şahdağ Turizm Mərkəzindən fins.az-a verilən məlumata görə, sürüşmə istirahət mərkəzindən kənardakı ərazilərdə baş verdiyindən otellərin fəaliyyətinə mane olmayıb.

Mərkəzin satış üzrə agenti Züleyxa Ağayeva bildirdi ki, sürüşmə nəticəsində Şahdağ İstirahət Mərkəzinin ərazisində bob kart əyləncəsi dayandırılıb. Çünki onun keçdiyi yol sırdan çıxıb. Z.ağayevanın sözlərinə görə, gün ğrzində problem aradan qaldırılacaq və müştərilər bob kartdan istifadə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır