Antalyada hotellərin yarısı boş qalıb
28 İYUN 2016
436

Antalyada hotellərin yarısı boş qalıb

Türkiyənin turizm şəhərlərindən biri olan Antalyada hotellərin dolma səviyyəsi cari ilin may ayında ötən ilin anoloji dövrü ilə müqayisədə 9,4% aşağı düşərək 57,8% olub. 

Fins.az Oxu.az-a  istinadən xəbər verir ki, bu barədə ölkənin Hotelçilər Federasiyası məlumat yayıb. 

Orta hesabla hotellərdə otaqların qiyməti isə 31,9% aşağı düşərək 66,4 avro (təxmini 73 dollar - red.) olub. 

Cari ilin yanvar-may aylarında hotellərin dolma nisbəti 49,3% olub. Bu nisbət ötən ilin analoji dövründə 50,7% idi. Bu dövrdə Antalyadakı bir otağa görə əldə edilən gəlir isə 36,1 avrodan 29,8 avroya (təxminən 34 dollar - red.) düşüb. 

Ümumilikdə isə Türkiyədə hotellərin dolma nisbəti cari ilin may ayında ötən ilin anoloji dövrü ilə müqayisədə 19,1% aşağı düşərək 56,5% təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır