Akvaparklara giriş neçəyədir? - QİYMƏTLƏR
30 İYUN 2016
2992

Akvaparklara giriş neçəyədir? - QİYMƏTLƏR

Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb. Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanırlar. Fins.az Bakının müxtəlif məkanlarında və regionlarda xidmət göstərən  aquaparkların qiymətlərini təqdim edir.

«AF Hotel Aqua Park» - 15 manat

Novxanı  qəsəbəsində fəaliyyət göstərən AF Hotel Aqua Park Kompleksində qiymətlər hələki normaldır. Belə ki, 2 yaşa qədər uşaqlara giriş pulsuzdur, 12 yaşa qədər  uşaqlar 10 manat, bundan böyük lər üçün isə 15 manat ödəməlidir. Həftəsonu və həftə içi günlər üçün qiymət eynidir. Bu məbləğə  ancaq hovuzdan və cimərlik aksesuarlarından istifa də daxildir.  Kompleksə su, yemək və s. götürməyə icazə verilmir.     

«Open AİR» - 10 manat

Şıxovda yerləşən “Open AİR” aqua parkında isə bu həftə giriş 10 manatdır.  Yalnız 3 yaşa qədər olan uşaqlar içəri pulsuz keçə bilərlər. Qiymətlər həftə sonunda da eyni qalır. Gələn həftədən isə giriş qiymətlri 12 manat olacaq. Aqua parka gələnlər özləri ilə yalnız su və uşaq yeməklərini götürə bilərlər. 

«Bilgəh Aqua Parkı» - 15-35 manat

«Jumeirah Bilgah Beach Hotel»dəki Aquaparkda isə isə həftəsonu qiymətlər adi günlərlə müqayisədə bahadır. Burada adi günlərdə uşaqlar üçün 15 manat, böyüklər üçün isə 25 manat ödəniş etmək laızmdır. Şənbə- bazar günləri isə qiymətlər 10 manat baha olur:  uşaqlar 25 manat, böyüklər 35 manat. Bu qiymətlərə su və meyvə də daxildir. Başqa  qida məhsullarının içəri keçirilməsinə icazə verilmir. Burada da 3 yaşa qədər uşaqlar ödənişsiz keçə bilər.          

                                                                                      

«Kempinski  Aqua Park» - 20-30 manat

«Kempinski Hotel Badamdar Baku» aquaparkında da qiymətlər həftəsonu fərqli olur. Adi günlərdə  giriş qiymətləri 12 yaşa qədər uşaqlar 20 manat, böyüklər                                                   25 manatdır. Həftəsonu isə uşaqlar 25 manat, böyüklər  30 manat ödəməlidir. Burada da qida məhsullarının içəri keçirilməsinə icazə verilmir. Aquaparka gələnlər  yalnız su və uşaq yeməklərini özləri ilə götürə bilərlər.

«Dalğa Aquapark» -25-35 manat

«Dalğa Beach» Aquapark Kompleksində də giriş qiyməti və tariflər  günlərdən asılı olaraq dəyişir. Bazar ertəsi - cümə axşamı - 25 manat, cümə-baza r günləri isə 35 manatdır. 6 yaşa qədər  uşaqlar  pulsuz keçə bilər. 6-12 yaş arası  uşaqlara görə isə 15 manat ödənməlidir.  

«Atlant» İstirahət Mərkəzi – 10 manat

Nabrandakı «Atlant» İstirahət Mərkəzi ndə də turistlər aqua parkın xidmətindən istifadə edə bilərsiz. Giriş qiyməti isə cəmi 10 manatdır. 6 yaşa qədər uşaqlara giriş pulsuzdur. Ancaq  burada da özünüzlə qida məhsulları götürməyinizə icazə verilmir.

«Qəbələnd» Əyləncə Mərkəzi - 3 manat 

İstirahət üçün regionlara gedən vətəndaşlar da aquaparkların xidmətindən istifadə edə bilərlər. Elə ən ucuz su məkanları da məhz rayonlardadır. «Qəbələnd» Əyləncə Mərkəzindəki aqua parkdan istifadə etmək üçün  cəmi 3 manat ödəməli olacaqsız.

Burada da 2 yaşadək uşaqlara giriş  pulsuzdur. İstirahətə gələnlərə yemək və su götürməyə imkan verən yeganə məkan da «Qəbələnd»dir. 

Geyim qaydasına nəzarət var

Yeri gəlmişkən, istirahət mərkəzindən fins.az-a bildirilib ki, buradakı akvaparkda geyim qaydasına da nəzarət var: «Etik qaydalara cavab verməyən çimərlik geyimlərindən istifadəyə icazə verilmir».  Bu qaydadan xəbərsiz olanlar çimərlik geyimini istirahət mərkəzindən də ala bilərlər.  

Qeyd edəkki, giriş qiymətlərinə qarderob, hovuzlar, hovuz ətrafı günəş yataqları, duş kabini, sudan istifadə, dəsmal və sürüşkənlər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır