5 ulduzlu otelin yarısı boşdur – SƏRFƏLİ QİYMƏTLƏR
07 İYUL 2016
1735

5 ulduzlu otelin yarısı boşdur – SƏRFƏLİ QİYMƏTLƏR

Naftalan şəhərində fəaliyyət göstərən müasir «Chinar Hotel & Spa Naftalan» mehmanxanasındakı yataq yerlərinin yarısı zhələlik boşdur. Fins.az-ın məlumatına görə, bu barədə «Chinar Hotel & Spa»nın baş meneceri Turqay Arı bildirib. Onnu sözlərinə görə, hazırda oteldə doluluq 40-45% səviyyələrindədir.

T.Arı bildirib ki, otel menecmenti buradakı yerlərin 65-70%-nin dolmasını qarşısına hədəf qoyub. Hotel buna 2015-ci ildə nail olub. Amma bu il turistlərin sayı azalıb: «Bu il qonaqların sayında azalma yaşayırıq. Hazırda otldə doluluq 40-45% səviyyələrindədir».

Turqay Arı bildirib ki, xarici və yerli turistləri həvəsləndirmək üçün ötən ilə nisbətən buradakı yaşayış və müalicə paketinin qiyməti 15% ucuzlaşdırılıb. «Hazırda gündə 3 dəfə qidalanma, analiz və müalicə prosedurlarının da daxil olduğu gündəlik paketin qiyməti 59 manatdan başlayır». Amma bu qiymətə bir sıra prosedurlar daxil deyil, T.Arı bildirib ki, hazırda paketə daxil olan xidmətlərin çeşidinin artırılması üzərində işləyirlər.

Otel rəhbərliyi xarici turistlərin cəlb edilməsi ilə bağlı yerli aviasiya operatorundan – AZAL-dan lazımi dəstək görmədiklərini bildirib. Onun sözlərinə görəÖ xaricilər üçün qiymətlərin cəlbedici olması üçün bütün paket (yəni həm də təyyarə bileti) ucuzlaşmalıdır: «MDB ölkələrindən çarter reyslərinin olmasını istəyirik. Kaş ki, Azərbaycanda da bir çarter şirkəti yaradılardı. Buna turizm sektorunun böyük ehtiyacı var».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır