MDB-nin bu ölkələri Avropaya vizasız gedəcək
08 İYUL 2016
1123

MDB-nin bu ölkələri Avropaya vizasız gedəcək

Strasburqda  Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin toplantısı keçirilib. Fins.az "Marja"-ya istinadən xəbər verir ki, topalntıda Komitə Gürcüstan, Ukrayna və Kosovanın viza sərbəstliyi üçün tələb olunan şərtləri yerinə yetirdiklərini və tezliklə Avropa Birliyi ölkələrinə vizasız səyahət edə bilən ölkələr siyahısına əlavə olunması istiqamətində fikir bildirib.

Eləcə də bax: Gürcüstan vətəndaşlığını necə almaq olar?

Komitədə keçirilən səsvermədə Ukraynaya viza sərbəstliyi üçün 42 bəli, 3 xeyr səsi verilərkən, 6 bitərəf səs verib. Gürcüstan vətəndaşlarının Avropaya vizasız səyahəti üçün 43 deputat lehinə, 5 deputat əleyhinə səs verib, 3 üzv bitərəf qaldı. Kosovo ilə bağlı səsvermədə isə 38 bəli, 7 xeyr və 6 bitərəf səs çıxıb.

Eləcə də bax: Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr – SİYAHI

Xarici Əlaqələr Komitəsinin hesabatı AP Mülki Azadlıqlar Komitəsinə göndəriləcək və sentyabr ayında burada müzakirə olunub qiymətləndiriləcək. Ukrayna, Gürcüstan və Kosovoya viza sərbəstliyi qərarının bu il ərzində çıxması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır