Turistlər üçün kənd evləri neçəyədir? - QİYMƏTLƏR
08 İYUL 2016
7448

Turistlər üçün kənd evləri neçəyədir? - QİYMƏTLƏR

Turizm mövsümünün canlanması ilə bölgələrdə və dənizkənarı yerlərdə  kənd evlərinə tələbat artıb. Otellərdə və digər xidmət ob yektlərində qiymətlər baha olduğundan turistlər evlərdə qalmağa üstünlük verirlər. Fins.az ölkədə yeganə turizm portalı olan seyyah.az-a istinadən səyahəti sevən, istirahət üçün bölgələrə üz tutmağı planlaşdıran vətəndaşlar üçün kənd evlərinin qiymətlərini açıqlayır. 

İsmayıllı 

İsmayıllıda  günlük kirayə qiymətləri 30- 60 manat arasında dəyişir. Lahıc kəndində yerləşən 3 otaqlı, mətbəx, hamam və ayaqyoludan ibarət evdə 5 nəfər yerləşə bilər. Evin 1 otağında ev sahibi yaşayır. 

Otaqlarda 4 çarpayı, stol, stul, divan, televizor, telefon var. Hamam və ayaqyolu həyətdə, evə bitişik yerləşir. Mətbəxdə qab şkafı, soyuducu və və qaz plitəsi var. 

Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Elektriklə qızdırılan hamam və ayaqyolu kafellidir. Evə gələn su bulaq suyudur. Həyətdə samovar və kabab bişirmək üçün manqal da var. Evin günlük sifariş qiyməti 30 manatdır. 

Basqal kəndində isə evi bir günlük kirayə götürmək üçün 40 manat ödəmək lazımdır. Bu qiymətə 2 otaq, mətbəx, hamam və ayaqyoludan ibarət 4-5 nəfərlik ev təklif edilir.

Otaqlarda 4 çarpayı, stol, stul, divan, kreslo, televizor, telefon var. Mətbəx, hamam və ayaqyolu həyətdə yerləşir. Mətbəxdə qab şkafı, soyuducu və və qaz plitəsi var.

Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Elektriklə qızdırılan hamam kafelli, ayaqyolu isə beton döşəməlidir. Evə gələn su bulaq suyudur.Ev meyvə bağının içində yerləşir. Həyətdə samovar və kabab bişirmək üçün manqal da var. 

İvanovka kəndində isə kirayə evlər daha bahadı. 3 otaqlı mətbəx, hamam və ayaqyoludan ibarət 6-7 nəfərlik ev 60 manata təklif edilir. Evdə stol, stul, kreslo, televizor, telefon, internet var. Mətbəx, hamam və ayaqyolu həyətdə evə birləşik yerləşir. Mətbəxdə qab şkafı, soyuducu və qaz plitəsi var. 

Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Aristonla qızdırılan hamam və ayaqyolu kafellidir. Evə gələn su bulaq suyudur. Həyətdə samovar və kabab bişirmək üçün manqal da var. 10 gündən artıq qalanlara kirayə haqqı 50 manatdan hesablanır.  Adambaşı gündə 3 dəfə yemək üçün  əlavə  10 manat ödəmək lazımdır.

Qax

Qax rayonunda da kənd evlərinin qiymətləri də digərlərindən çox da fərqlənmir. Məsələn, İlisu yolunun üstündə yerləşən Qaxbaş kəndində . 6 nəfər üçün 2 otaqlı      mətbəx, hamam və ayaqyoludan ibarət evin bir  günü 50 manata təklif edilir. 10 gündən artıq qalanlara endirim etmək mümkündür. Səhər yeməyini qonaqlar özləri hazırlaya bilərlər. Ev yalnız ailələrə kirayəyə verilir.   

Rayon mərkəzindən buraya piyada 10-15 dəqiqə, avtomobillə 2-3 dəqiqəlik yoldur. 

Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Aristonla qızdırılan hamam və ayaqyolu kafellidir. 

Qəbələ 

Qəbələdə qiymətlər mövsümdən asılı olaraq dəyişir.  "Yeddi gözəl" istirahət mərkəzinə və Nohur gölünə 150-200 m  məsafədə yerləşən  8 otaqlı villa tipli kənd evində bir günlük kirayə haqqı qışda 70 manat, yayda 100 manatdır.  10-15 nəfərin yerləşə biləcəyi evdə mətbəx, hamam, sauna və ayaqyolu, otaqlarda divan, kreslo, ev telefonu və peyk antenalı televizor var. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı,paltaryuyan maşın, su kranı stol və stullar var. 

Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam elektriklə qızıdırılır. Həyətdə naves, meyvə ağacları, hovuz, manqal və samovar var. 

Vəndam qəsəbəsindəki kənd evləri isə 30 manata təklif edilir. Uzun müddət qalanlara razılaşma yolu ilə endirim edilir. 

6 nəfər üçün nəzərdə tutulan evdə  3 otaq, mətbəx, hamam və ayaqyolu , otaqlarda 6 çarpayı, divan, kreslo, ev telefonu, internet və peyk antenalı televizor var. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı,paltaryuyan maşın  da quraşdırılıb.

Həyətdə meyvə ağacları, manqal və samovar var.

Xızı

Xızıda istirahət etmək istəyənlər də kənd evlərinin xidmətindən istifadə edə bilərlər. Altıağac qəsəbəsində M.Müşfiq küçəsində  yerləşən  8 nəfərlik 2 otaqlı ev günlük 25 manata kirayə verilir. 

Otaqlarda 5 çarpayı, şifoner, tozsoran, stol,stul və peyk antenalı televizor var. Mətbəx evdə, hamam və ayaqyolu həyətdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı,paltaryuyan maşın, su kranı stol və stullar var.

Həyətdə meyvə ağacları, manqal və samovar  da var. 

Xaçmaz

Xaçmaz rayonu Muxtadır qəsəbəsində ("Atlant" istirahət mərkəzinin yaxınlığında) həyət evi bütün fəsillərdə qonaq qəbul edir. Evin 1 otağı  15 manata verilir. Otaqların çıxışları ayrı-ayrıdır. Hər otaqda 3 nəfər yerləşə bilər. 

Otaqlarda taxt, 6 çarpayı, asılqan, stol,stul və şkaf var. Mətbəx, hamam və ayaqyolu həyətdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı, su kranı stol və stullar var. Həyətdə 2 maşınlıq qaraj, meyvə ağacları, manqal və samovar var.

Quba

Qubada da kənd evləri il boyu qonaq qəbul etməyə hazırdır. Qəçrəş kəndində yerləşən evin günlük kirayə haqqı 180 manatdır. Kirayə haqqı 5 gün qalana 160 manatdan, 10 gün qalana 140 manatdan, 10 gündən artıq qalana isə 120 manatdan hesablanır. İstəkdən aslı olaraq razılaşma yolu ilə səhər yeməyi verilir. 

6 otaq, 2 hamam və ayaqyoludan ibarət  evdə 8 nəfər (əlavə 2 uşaq olmaqla) yerləşə bilər.  Evdə 4 taxt, 2 uşaq yatağı, stol və stul,şifoner, televizor, divan və kreslo var. Mətbəxdə mebel, qaz plitəsi, stol, stul, soyuducu və paltaryuyan maşın var. Hamam və ayaqyolu  evin içindədir.

Qışda ev kombi ilə qızdırılır. Evə bulaq suyu gəlir.40 sotluq həyətdə meyvə ağacları, qaraj, avtomat darvaza, generator, manqal və samovar var. Təmiz yataq dəsti də verilir. 

Xınalıq kəndində isə nisbətən ucuz ev tapmaq mümkündür.  Məsələn, 4-6 nəfər üçün nəzərdə tutulan 1 otaqlı evin adambaşı günlük kirayə haqqı 15 manatdır. Gündə 3 dəfə yeməklə isə 25 manat təşkil edir. Burada ilin bütün fəsillərində qonaq qəbul edilir.

Otaqda peyk antenalı televizor, ev telefonu, noutbuk və interner var. Mətbəxdə qab şkafı, stol, stul və soyuducu, balon qaz plitəsi və elektrik plitəsi var. Hamam və ayaqyolu həyətdə yerləşir.

Zaqatala 

İstirahət üçün vətəndaşıarın üz tutacağı dağlıq regionlardan biri olan Zaqatalada da kənd evi kirayə götürə bilərlər. Məsələn, şəhərin mərkəzində 2 mərtəbəli həyət evinin günlük kirayə haqqı 20 manat təşkil edir. 10 gün qalana 1 bir günün pulu hədiyyə edilir. 2-3 nəfərlik səhər yeməyi 5 manat təşkil edir. İstəyənlərə pullu bələdçilik və taksi xidməti də təşkil edilir.

Evin 1-ci mərtəbəsində 2 otaq (6 və 9 kv.m-lik) mətbəx, hamam və ayaqyoludan ibarət hissə qonaqlar üçün nəzərdə tutulub. Evdə 2-3 qonaq yerləşə bilər. 

Otaqlarda 2 çarpayı, şifoner, stol, stul, divan, peyk antenalı televizor var. Mətbəx, hamam(kafellidir) evdə və ayaqyolu (kafellidir) həyətdə yerləşir. Mətbəxdə qab şkafı, soyuducu, qaz plitəsi, qab-qacaq, stol və stullar, su kranı var. 

Ev və hamam qazla qızdırılır. Həyətdə xurma və üzüm ağaclar, avtomobil saxlamaq üçün yer, kabab bişirmək üçün manqal və samovar var. Həyətdən bulaq axır. 

Şəki

Zaqatalaya yaxın ərazidə yerləşən ŞƏkidə isə qiymətlər daha da ucuzdu.  Şəkinin Bağbanlar ərazisində 2 mərtəbəli ev may ayından sentyabra qədər  qonaq qəbul edir. Burada adambaşı kirayə haqqı 10 manatdır. 5 yaşına kimi uşaqlara görə ödəniş alınmır.

Ev Marxal, Narın qala, Şam Bağı, Cənnət bağı istirahət zonalarına gedən yol istiqamətində yerləşir. 3 otaqlı evdə 5 nəfər (əlavə 2 uşaq olmaqla ) yerləşə bilər.

Otaqda 5 çarpayı, 2 uşaq yatağı, şifoner, stol, stullar, televizor və Wi-Fi var. Mətbəxdə qab şkafı, soyuducu, qaz plitəsi, stol, stullar və su kranı var. Hamam və ayaqyolu həyətdə yerləşir. 

Evdə isti-soyuq, qaz və elektrik var. Hamam "beşdəqiqəlik" cihaz ilə qızdırılır. Həyətdə tut və zoğal ağacları, manqal və samovar var. 

Gəncə 

Digərlərindən fərqli olaraq Gəncədə bina evi turistlərə kirayə veril ir. Binanın 2-cü mərtəbəsində yerləşən ev 2 otaq ,mətbəx, hamam və ayaqyoludan ibarətdir. Evdə 4 nəfər yerləşə bilər. Evin aylıq kirayə  haqqı 200 manatdır. 

Otaqlarda 2 çarpayı ,divan, şifoner, şkaf, peyk antenalı televizor var. Mətbəxdə mebel, soyuducu, qaz plitəsi, paltaryuyan maşın, qab-qacaq, su kranı var. Hamam və ayaqyolu kafellidir. 

Şamaxı 

Şamaxıda kənd  evlərinin qiyməti  fəsildən asılı olaraq dəyişir. Rayonun Çuxuryurd kəndində yerləşən  1 mərtəbəli həyət evi qonaqları 10 gündən az olmayan müddətdə qəbul edilir. Qışda evin bir aylıq kirayə qiyməti  350-500 manatdır Qiymətə kommunal xərclər daxil deyil. Yayda  isə 10 gün 300 -350 manatdır. Burada 15 gün qalmaq istəsəniz 500 manat ödəməli olacaqsız. 

Evdə 3 yataq otağı, qonaq otağı, mətbəx, hamam və ayaqyoludan ibarətdir. Evdə 7-8 nəfər qonaq yerləşə bilər. 

Otaqlarda 2 nəfərlik taxt, 6 çarpayı, şifoner, şkaf, divan, kreslo və televizor var. Mətbəxdə qab şkafı, soyuducu, qaz plitəsi, stol və stullar var. 

Ev "atapleniya" ilə, hamam isə "kombi" ilə qızdırılır. Həyətdə çardaq və su kranı var. Yaxınlıqdakı göldən balıq da tutmaq olar.

Çuxuryurdda  kəndində   digər  ev isə bir gün üçün 50 manata təklif  edilir.1 mərtəbəli 2 otaqlı evdə 8 nəfər qonaq qala bilər.

Otaqlarda 2 nəfərlik taxt, çarpayı, asılqan, şkaf, divan, kreslo və televizor var. Mətbəxdə qab şkafı, soyuducu, qaz plitəsi, stol və stullar var. Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir.  Həyətdə çardaq, samovar və kabab bişirmək üçün manqal var. 

Qonaqlar martdan oktyabr ayına kimi qəbul edilir. 

 

         BALAKƏN

Yayda istirahət üçün ən əlverişli məkan olan  Balakəndə də kənd evlərinində  kirayə qalaraq istirahət edə bilərsiz. BUrada da  evlərin qiyməti  yerləşdiyi məkanlardan və  şəraitindən asılı olaraq dəyişir. Dağ ətəyində, meşəyə yaxın ərazidə yerləşən kənd evində bir günlük istirahətiniz bir nəfər üçün cəmi 5 manata başa gələcək. Evdə  yaşayış və istirahət üçün hər cür şərait yaradılıb. Əgər yeməyi ev sahibi hazırlayarsa, əlavə 1 manat ödəyəcəksiz.

Balakənin mərkəzində yerləşən villa tipli çoxmərtəbəli evlərdə istirahət isə günlük 8-10 manata başa gəlir. 

Lənkəran

Araşdırmamız göstərdi ki, ən ucuz kənd evi xidmətləri LƏnkərandadır.  Rayonun  Həftoni qəsəbəsində İstisu sanatoriyasına yaxın ərazidə il boyu turistlər qəbul edilir.

Bu evdə 1 nəfərin bir gün qalması  6-11 manata başa gəlir. Səhər yeməyi daxil olduqda qiymət 9-14 manat təşkil edir. Qonaqların istəyi ilə gündə 3 dəfə yemək verilir. Bunun qiyməti ayrıca hesablanır. 

Turistlər 2-ci mərtəbədəki 4 otaqda yerləşə bilərlər. 2-ci mərtəbədə otaqlarla yanaşı mətbəx, 2 eyvan (biri meşəyə, digəri dənizə baxır) var. Otaqlar 3-5 nəfərlikdir.

Qışda otaqlar elektrik qızdırıcısı ilə qızdırılır. Evdə soyuducu, 2 televizor, telefon, eləcə də qonaqların özlərinin yemək hazırlaması üçün qaz plitəsi var. Hamam-ayaqyolu 1-ci mərtəbədədir. Həyətdə 2-ci ayaqyolu və duş var. 

Lənkəran rayonu Haftoni kəndində dağın ətəyində yerləşən digər bir ev isə günlük 6-7 manata kirayə verilir. Burada qışda qalmaq 10 manata başa gəlir.

Dənizə, çimərlik ərazisinə yaxın yerləşən  2 mərtəbəli evin 2-ci mərtəbəsində 3 otaqda 13-14 nəfər qonaq qala bilər.1-ci mərtəbədə ev sahibi yaşayır.

Yataq otaqlarında 2 nəfərlik taxt, taxta çarpayı və asılqan var. Otaqların qarşısındakı aynəbənddə stol, stul,2 televizor, telefon və internet var. Mətbəx evdə yerləşir. Mətbəxdə soyuducu, elektrik və balon qaz plitəsi, stol, stullar və su kranı var. Hamam yoxdur.

Lənkəranda hətta günlük 3-5 manata kənd evi  təklif edənləri də tapmaq olar. 

Göygöl 

Göy gölün yaxınlığında istirahət emək istəyən turistlərin üz tutduğu Göygöl rayonunda da qiymətlər digərlərindən fərqlənmir. Burada 10-50 manat arasında günlük  evlər tapmaq mümkündür.

Məsələn, rayonda Alman kilsəsinə yaxın ərazidə yerləşən 1 mərtəbəli kürsülü həyət evi fəsildən aslı olmayaraq həmişə qonaq qəbul edir. Kirayə haqqı adambaşı 10 manat təşkil edir. 

Qışda bir həftə qalanlara hər gün üçün 2 manat endirim edilir. 2 nəfərlik səhər yeməyi (qaymaq, yağ və pendir) 5 manat, 2 nəfər üçün gündə 3 dəfə yemək (milli xörəklər) 25 manat təşkil edir. Qonaqlar yeməyi özləri də hazırlaya bilərlər. 

Ev 2 yataq otağı, 1 qonaq otağı , mətbəx, hamam və ayaqyoludan ibarətdir. Evdə 5 nəfər qonaq yerləşə bilər. 

Yataq otaqında 4 çarpayı, şifoner, stol,stullar var. Qonaq otaqında divar, kreslo,televizor və telefon var. Yerə xalça sərilib. Mətbəxdə soyuducu,qaz plitəsi, qab şkafı, stol və stullar, su kranı var.

Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev və hamam kombi sistemi ilə qızdırılır. Bağçada meyvə ağacları, samovar və manqal var.

Göygöl şəhərinin mərkəzində yerləşən  kənd evinin isə  bir günlük sifariş edilməsi 50 manat təşkil edir. 10 gündən artıq qalanlara hər gün üçün  40 manatdır. Səhər yeməyinin hazırlanmasında ev sahibəsi kömək göstərə bilər. Bir ailə üçün gündə 3 dəfə yemək əlavə 20 manata başa gəlir.

Evdə 10 nəfər qonaq yerləşə bilər. Yataq otaqlarında 9 çarpayı və şifoner var. Qarşıdakı aynəbənddə divan, kreslo ,  stul, stollar, peyk antenalı televizor,telefon və internet var. Mətbəx, hamam və ayaqyolu evdə yerləşir. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq,paltaryuyan maşın,mətbəx mebeli, stol və stullar var. 

Evdə isti-soyuq su, qaz və elektrik daimidir. Ev qaz sobası , hamam "beş dəqiqəlik" ilə qızdırılır. Hamam və ayaqyolu kafellidir (şəhər tipli). Həyətdə samovar və kabab bişirmək üçün manqal da var. 

Novxanı 

Kənd evlərini Bakıda, dənizkənarı qəsəbələrdə də tapmaq olar. Məsələn, Novxanıda dənizin yaxınlığında 2 mərtəbəli evdə qalmaq istəyən 10 nəfər üçün günlük kirayə haqqı 120 manatdır. 10 gün qalan qrupa kirayə haqqı 100 manatdan hesablanır. 

5 otaqdan ibarət evdə mətbəx, 4 hamam və ayaqyolu, otaqlarda 2 televizor, 2 kondisioner, telefon, internet, 2 (açılabilən) divan və kreslo var. Mətbəxdə mebel,paltaryuyan maşın, qaz plitəsi, stol, stul və soyuducu var. Hamam və ayaqyolu evin içindədir.

Evdə daimi isti-soyuq su, elektrik, qaz var. Ev mərkəzləşdirilmiş isitmə (kombi) sistemi ilə qızıdırılır. Həyətdə filtr sistemli hovuz, 2 maşınlıq qaraj, besetka, 100-ə yaxın tut, şaftalı, heyva, əzgil, nar, heyva və s. meyvə ağacı,manqal və samovar var.

Naftalan

Müalicə-kurort zonası kimi tanınan Haftalan rayonunda da kənd evləri xidməti geniş yayılıb. Əsaəsn sanatoriyalara yaxın yerləşən ərazilərdə evlər mualicəyə gələn turistlərin istifadəsinə verilir. Məsələn, “Möcüzə” sanatoriyasına yaxın yerləşən 2 otaqlı evi 15 gün üçün 50 manata təklif edirlər. 

Evdə istirahət və yaşayış üçün hər cür şərait yaradılıb. Əgər yemək də təklif olunarsa, qiymət 60-70 manata qalxır. Tiristlər buradan sanatoriyaya piyada gedə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır