Lənkəranda turistlər üçün xüsusi proqram təşkil olunur
12 İYUL 2016
192

Lənkəranda turistlər üçün xüsusi proqram təşkil olunur

Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi Turizm İnformasiya Mərkəzi ilə birgə rayona gələn turistlərin istirahətinin mənalı keçirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, belə tədbirlərdən biri “Palıdlı sahil” istirahət mərkəzində dincələn turistlər üçün təşkil edilib.

Turistlər Lənkəranın turizm potensialını əks etdirən foto-sərgi ilə tanış olublar.

Tədbirin bədii hissəsində yerli incəsənət ustalarının ifasında mahnılar ifa olunub, turistlər üçün viktorina və diskoteka təşkil edilib.

Lənkəranda dincələn turistlərə, həmçinin rayonun turizm potensialını əks etdirən bukletlər və flayerlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır