«Excelsior Hotel»də mövsüm açılışı
20 İYUL 2016
168

«Excelsior Hotel»də mövsüm açılışı

İyulun 15-də «Excelsior Hotel & Spa Baku»  otelində   açıq  hovuzun  kənarında    tədbir  keçirildi.  Tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin və KİV-rin  nümayəndələri  iştirak etdilər. Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratdı. Estrada müğənnilərinin ifasında populyar milli və xarici şlyagerlər hamının ürəyincə olub. Həmçinin, FMS Modelləri  yay kolleksiyasını nümayiş etdilər.

Açılış mərasimində çıxış edən «Excelsior Hotel  Baku» otelinin baş meneceri Turhan Poyraz  qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O, qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər. 

Tədbirdə  qonaqlar arasımda lotoreya oyunu keçirildi və  qonaqlar «Excelsior Hotel & Spa Baku» otelindən,  Türk Hava Yollarından, «Arçelik»  və digər şirkətlərdən  hədiyyələr uddular.

Qeyd edək ki, «Excelsior Hotel & Spa Baku»  2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel  1 «İmperial»- lyuks, «Royal»- lyuks, 4 «Crown»-lyuks , 45 «Heritage» –  deluks, 9 «Duke» – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, «Aura» sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır