“Samaxi Palace” hoteli yeni qiymətlərini - AÇIQLADI
20 İYUL 2016
1143

“Samaxi Palace” hoteli yeni qiymətlərini - AÇIQLADI

“Samaxi Palace” oteli yeni qiymətlərini elan edib.

Fins.az otelin yaydığı məlumata istinadən xəbər verir ki, cəmi 59 manata oteldə gecələmək olar. Yeni qiymətlərin tətbiqinə 1 Avqust 2016-cı il tarixindən başlanılacaqdır.

59 manata səhər yeməyi, SPA, basseyn, jaccuzi və fitnes daxildir.

Oteldə 2 nəfərlik otağın qiyməti isə 69 manatdır. 6 yaşına qədər uşaqlar üçün gecələmə pulsuzdur.

"Samaxi Palace" oteli qonaqlarına ilk dəfə olaraq 3 fərqli qidalanma planı da təklif edir. Qonaqlar öz seçimlərinə əsasən seçə bilərlər:

-Bed&Breakfast (ancaq səhər yeməyi daxil) – 69 AZN-dən başlayaraq (2 nəfər üçün)

-Half Board (Səhər Yeməyi və Şam Yeməyi daxil) – 99 AZN-dən başlayaraq (2 nəfər üçün)

-Full Board (Səhər, Nahar və Şam Yeməyi Daxil – 119 AZN-dən başlayaraq (2 nəfər üçün)

Qeyd edək ki “Samaxi Palace” mehmanxanası Şamaxı rayonunun Şərədil kəndində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır