Batumiyə avtobus açıldı
25 İYUL 2016
1455

Batumiyə avtobus açıldı

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1,3 və 5-ci günləri Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb. 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı Fins.az-a bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq.

Qeyd edək ki, gediş biletinin qiyməti 35 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır