Sərfəli sanatoriya seçməyin ən asan yolu - YENİLİK
25 İYUL 2016
522

Sərfəli sanatoriya seçməyin ən asan yolu - YENİLİK

Yay - səyahətlər mövsümü olduğu kimi, həm də aktiv istirahət və müalicə dövrüdür. Müalicəvi istirahəti effektli keçirmək üçün isə sanatoriya seçimini düzgün etmək çox vacibdir. Təcrübə göstərir ki, Azərbaycan vətəndaşlarının bir hissəsi müalicəvi turizm üçün xarici ölkələrdəki sanatoriyalara üz tuturlar. Amma onların seçimi əsasən, təsadüfi məlumatlara əsaslanır. Fins.az-ın məlumatına görə, müştərilərin əksəriyyəti bu sanatoriyaların imkanları, üstünlüyü və müalicəsinin effektivliyi barədə dəqiq məlumata malik olmur. Bu isə son nəticədə istirahətdən narazılığa, müalicənin qeyri-effektiv olmasına və üstəlik pul itkisinə səbəb olur.

Ona görə də müalicəvi turizmdə sanatoriyanın düzgün seçimi mühüm əhəmiyyyət daşıyır. Ölkə vətəndaşları bu məsələdə Sanatoriums.com-dan yararlana bilərlər.

Sanatoriums.com nədir?

Sanatoriums.com şirkəti – Avropada sanatoriya və spa otellərinin birbaşa onlayn bron etmə resursudur.  Sanatoriya axtaranlar üçün bundan yaxşı variant fikirləşmək mümkün deyil. Evdən çıxmadan Avropanın bütün sanatoriyaları barədə məlumata malik olmaq, onlar arasından seçim edərək bronlamaq imkanı üsl üstünlükdür.

Sanatoriums.com-un üstünlükləri: 

Şirkət müalicəvi sanatoriya – kurort istirahəti üzrə ixtisaslaşıb və buna görə də bu sahə üzrə bütün tendensiya və xəbərlərdən məlumatlıdır. Şirkət öz müştərilərinə  planetimizin istənilən bir nöqtəsində müalicəvi sanatoriya – kurortu seçmək və onu dərhal bron etmək imkanı verir.

Sanatoriums.com resursu hər zaman çalışır ki, öz müştərilərinə Avropanın müalicəvi sanatoriya və spa otelləri haqqında dolğun və əsas da düzgün məlumat çatdırsın. 

Ən münasibət şərtlərlə bron etmək imkanı 

Sanatoriums.com -da qiymətlər niyə ucuzdur?  Qeyd edək ki, Sanatoriums.com-da sanatoriyaları bronlayarkən digər variantlara nisbətən xeyli vəsaitə qənaət etmək olar. Şirkətdən bunun səbəbini sanatoriyalarla uzunmüddətli əməkdaşlığın olması ilə izah edirlər: «Təqdim olunmuş spa otel və sanatoriyalar şirkətlə uzun illər boyunca əməkdaşlıq edir, eksklüziv razılaşmalar əsasında bizim müştərilər üçün əhəmiyyətli endirimlər təqdim edirlər». Nəticədə, Sanatoriums.com-a göstərilən qiymətlər çox vaxt hətta sanatoriyaların öz rəsmi saytlarındakı qiymətlərdən də ucuz olur.

İlkin ödənişsiz bron etmək imkanı 

Sanatoriums.com-un ən böyük üstünlüklərindən biri əvvəlcədən ödəniş etmədən boronlamaq imkanının olmasıdır. Buradan sanatoriya bron edərkən heç bir ilkin ödəniş tələb olunmur. Ödəniş yalnız müştərinin kurorta gəlib yerləşəndə həyata keçirilir. Bununla da sistem sizin vəsaitinizin 100% təhlükəsizliyini təmin edir. 

Ən dəqiq və ətraflı məlumatlar da buradadır 

Sanatoriya seçimi zamanı əsas problem, məlumatın azlığıdır. İnternetdəki cəlbedici şəkillər və təbliğat materialları müştərilərin diqqətini cəlb edə bilər. Amma bu hələ dolğun və dəqiq məlumat deyil. Sanatoriums.com-da isə sanatoriya və spa otellər üzrə ən dolğun və dəqiq məlumatlar yerləşdirilib. 

Resursda daima yenilənən aktual informasiya və mövzular mövcuddur

Şirkət olaraq “Sanatoriums.com” hər bir sanatoriya və spa otel üzrə dəqiq məlumatlar toplayır. Resursda rəsmi saytlarda olmayan detallar haqqında belə məlumat almaq mümkündür. 

Hər bir sanatoriya və spa otel üzrə müstəqil ekspert qiymətləndirilməsi təqdim olunur. 

Qiymətləndirmə istisnasız hər bir sanatoriya və spa otelin dəqiq analizi əsasında təqdim olunur.  

Sanatoriyaları videoda canlı izləmək imkanı - video-kataloq

Bir qayda olaraq “Sanatoriums.com” özü daima sanatoriya və spa otellərdə video-çəkilişlər həyata keçirir, onların hər birində mövcud vəziyyəti heç bir «bəzəmə amili»nə yol vermədən müştərilərinə təqdim edir. Resurs bütün otaqları, hətta müalicə prosedurlarını real həyata olduğu kimi diqqətə çatdırır. Ona görə də, resursun təqdim etdiyi video-çarxlarda gördükləriniz 100% doğrudur, realdır. 

Real fotoşəkillər təqdim olunur

Sistemdə təqdim olunmuş şəkillərin əksəriyyəti “Sanatoriums.com” əməkdaşları tərəfindən çəkilib. Onlar daimi olaraq sanatoriya və spa otellərə baş çəkərək, sistemdə mövcud fotobankı yeniləyirlər. Sanatoriya və spa otellərin özlərinin təqdim etdikləri şəkillər isə resursun ciddi yoxlamasından keçir.  

Şəxsi (personal) dəstək xidməti 

Şirkət öz müştəriləri üçün yaratdığı unikal konsultativ-dəstək sistemi ilə fəxr edir. Artıq fərqli-fərqli suallarınızı başqa-başqa mütəxəssislərə ünvanlamağa ehtiyac yoxdur.

Şirkətin əməkdaşları çoxistiqamətli mütəxəssislərin ahəngidir. Onlar daimi olaraq krurot və spa otelləri yerindəcə tətqiq edir, təklif olunan hər bir müalicəvi prosedurla yaxından tanış olur və sonda  qiymətləndirmə verir. Resursun əməkdaşları dəqiqliklə bilirlər ki, bu və ya digər xəstəlik üzrə hansı kurortda daha effektiv müalicə metodları mövcuddur.  

Yüksək səviyyəli həkimlər, pulsuz konsultasiyalar 

Şirkətlə əməkdaşlıq edən həkimlər də böyük təcrübəyə malik, sanatoriyalarda işləyən, öz sahələrinin mütəxəssisləridir. Onlar bu və ya digər xəstəliyin kurortda hansı dərəcədə sağalacağını və bu istiqamətdə hansı müalicəvi prosedurların xeyirli olmasını gözəl bilirlər. Sizin sağlamlıq vəziyyətiniz və ya şəxsi arzularınızdan asılı olaraq həkim sizə uyğun konkret kurort və ya sanatoriyanı məsləhət görəcək.

İstənilən vaxt şirkətə yazıb, zəng vurmaq olar. Mütəxəssislər sizi pulsuz olaraq konsultasiya edəcəklər.  

Başqa sözlə, müalicəvi turizmə üz tutanlar düzgün seçim üçün əla imkan qazanıblar. Müalicəni və istirahəti effektiv keçirmək üçün bu imkandan yararlanmaq  lazımdır. Yeri gəlmişkən, əksər ölkələrin sakinləri, xüsusilə də avropalılar bu sistemlə çoxdan tanışdırlar və Sanatoriums.com-un imknalarından uğurla yararlanırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır