Türkiyədən imtina edənlər – BU ÖLKƏLƏRƏ GEDİRLƏR
26 İYUL 2016
735

Türkiyədən imtina edənlər – BU ÖLKƏLƏRƏ GEDİRLƏR

Son bir ildə terror aktlarına məruz qalan Türkiyə və Fransa turistləri üçün cəlbedliciliyini itirməyə başlayıb. Onların yerini İspaniya və Portuqaliya tutub. Artıq Portuqaliya rəsmiləri gələn il də turistlərin sayının artacağını gözləyirlər.

Türkiyə və Fransadan imtina edənlərin bir hissəsi Kanar adalarına üz tutub. Buradakı «Seaside Hotel»inin rəhbərliyi bildirib ki, artan tələb qarşısında planlarını sürətlə dəyişməli olublar. 

Qeyd edək ki, turizm İspaniya və Portuqaliya iqtisadiyyatının 10%-ni təşkil edir. Mayda İspanyaya gələnlərin sayı 7,4% artıb. Axırınca dəfə 1ё2 il əvvəl terror yaşayan İspaniyada 2015-ci ildə 68 milyon turist olub. Portuqaliyada isə turistlərin sayı 13% artıb.

Fransa və Türkiyədə isə enmələr var. Fransada turistlərin sayı 2015-ci ilin son rübündə 8,7% azaldı. Türkiyə isə ötən ili 5,2% azalma ilə başa vurub.

Turistlərin üztutduğudigər ölkə İtaliyadır. Buradakı bəzi kurortların qonaqları 33% artıb.

Nəhayət, Yunanıstan la Türkiyədən imtina edən turistləri gözləməkdədir. Yunanıstanın turizm naziri Andreas Andreadis bildirir ki, «az da olsa Yunanıstan da bundan pay qazanacak». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır