Ərəblər Azərbaycanda nə qədər pul xərcləyirlər?
28 İYUL 2016
595

Ərəblər Azərbaycanda nə qədər pul xərcləyirlər?

Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıb.

Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli turizm şirkətləri məlumat verib. 

"Artıq BƏƏ-dən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyil. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Daha çox Sinqapur, Tayland, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır", - deyə turizm şirkətlərindən birinin rəhbəri bildirib. 

Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib. Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır