«Qobuland» hotelindən - YENİ KAMPANİYA
28 İYUL 2016
642

«Qobuland» hotelindən - YENİ KAMPANİYA

Bakının ən məşhur istirahət və əyləncə mərkəzlərindən biri olan «Qobuland» piknik zonası qonaqları üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində istirahət mərkəzinin ərazisindəki «Qobuland» hoteli müştərilərə güzəştli qiymətlər təklif edəcək. Belə ki, şərtlərə əsasən:

1 nəfər üçün oteldə gecələmə və 3 dəfə yemək - 58 AZN.

2 nəfər üçün oteldə gecələmə və 3 dəfə yemək adambaşına - 43 AZN .

2+1 (əlavə çarpayı ilə) 3cü adamın gecələməsi və yemək daxil olmaqla adambaşına 38 AZN təşkil edəcək. 

Şirkətdən fins.az-a verilən məlumata görə, istirahət mərkəzinin ərazisində 4 böyük restoran var. Hoteldə qalan müştərilər səhər, nahar və axşam yeməyi zamanı istəklərinə uyğun olaraq bu restoranların hər birindən istifadə edə bilərlər.

Bundan başqa, hoteldə 3 gün və daha artıq qalan müştərilər üçün göldə katamaran gəzintisi pulsuz olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır