Vətəndaşlığa görə pul verən – 7 ÖLKƏ
29 İYUL 2016
622

Vətəndaşlığa görə pul verən – 7 ÖLKƏ

Bilirsinizmi ki, dünyada sakinlərə ehtiyacı olan yüzlərcə şəhərlər var. Onların arasında hətta elələri də var ki, şəhər sakini olmağa razılaşanlara külli miqdarda pul verməyə də hazırdırlar. 

Fins.az bu əlverişli imkandan yararlanmaq üçün sizə yeddi şəhəri təqdim edir.

Detroyt, Miçiqan, ABŞ

“Qərbi Paris”, “ABŞ-ın avtomobil paytaxtı” və s. şərəfli adlarından XX əsrin ikinci yarısında məhrum olan Detroyt şəhəridir.  Lakin o, keçmiş şöhrətini qaytarmaq arzusu ilə yaşayır. Bunun üçün şəhər hakimiyyəti “Challenge Detroit” adlı proqram tətbiq edir. Bu proqram əsasında şəhərə köçən və burda məskunlaşıb işləməyə hazır olan, istənilən sahədə peşəkara 2,5 min dollar verilir.

Alyaska Ştatı, ABŞ

Əyər siz qarlı qış vurğunusuzsa, Alyaskada həyat sizinçün ən böyük bir zövq olar. Hökümətin xüsusi fondu var ki, hər burda qalıb və şimal şəhərin həyatında peşəkar rol oynamaq istəyən entuziastlara vəsait ayırır. Yeganə tələb, Alyaskada bir il yaşamaqdır.

Saskaçevan vilayəti, Kanada

Bu Kanada vilayəti 2010-cu ildən gec olmayan, hələ gələcək həyatını və karyerasını aydın görməyən məzunlar  üçün gözəl təklif verir. Cavanlara burda yeddi il işləyib yaşamaları üçün 20 min dollar təklif olunur.

Niaqara Şəlaləsi, Nyu-York Ştatı, ABŞ

Daha bir reallığına inanılmayan təklif: dünyanın ən gözəl və həyəcanverici yerində yaşamaq və buna görə pul qazanmaq. Universitet məzunlarına şəlaləyə yaxın olan yerli şirkətlərdə iki il ərzində işləmələri üçünhökümət nə az, nə çox 7 min dollar vəsait verir.

Ponqa, Asturiya, İspaniya 

Cavan nəsli İspaniyanın qərbində yerləşən bu ekoloji təmiz və cazibədar kəndə cəlb etmək və yerli iqtisadiyyatı canlandırmaq üçün hər ailə cütlüyünə 3 min avro ayrılır. Hələ azmış kimi, hər doğulan uşağa 3 min avro da verilir

Utrext, Niderland

Hollandiya dünyada humanitar sahələrdə apardığı dərin araşdırmalarıyla tanınır. Bu da onlardan biridir: şəhərin hər bir sakininə $ 1,000 maliyyə dəstəyi necə təsir edəcək? Sadəcə bir eksperiment. Sınamağa dəyər, deyirlər.

Kertis, Nebraska, ABŞ

Yəqin ki, sizlərdən hər biriniz hec olmasa həyatında bir dəfə qəzəblə şəhərində nəyin və necə dəyişdiyini meriyaya çatdırmaq istəyib. Amerikanın bu kiçik şəhərciyində isə bu boş söhbətlər deyil. Kertisde ev tikintisi, yerli infrastrukturun inkişafı naminə gözəl ideyaya və təşviqə görə pulsuz torpaq sahəsi verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır