Rusiyalılar ailəvi istirahət üçün Azərbaycanı seçirlər
02 AVQUST 2016
312

Rusiyalılar ailəvi istirahət üçün Azərbaycanı seçirlər

Rusiya turistləri istirahətə daha az vəsait xərclənəcək ölkələri seçirlər. Bu haqda fins.az Skyscanner-in tədqiqatına istinadən xəbər verir.
 
Tədqiqatın nəticələrinə əsasən, Rusiyadan ailəvi səyahətçilərinin ən böyük artımı, 2015-ci illə müqayisədə Gürcüstanda qeydə alınıb - 63%. Siyahıda ikinci yerdə Azərbaycandır. 
 
 Azərbaycan - 31%;
 Bolqarıstan - 28% ;
 Kipr - 25%;
 Ermənistan - 20%.
 
Məqalədə deyilir ki, Rusiya turistlərini aşağı qiymətləri, qastronomik bolluğu, gözəl təbiəti, dil baryerin olmaması ilə Qafqaz ölkələri daha çox cəlb edir.
 
Bolqarıstan daha çox aşağı qiymətə olan yeməklərinə, təmiz dənizinə, tanış hərflərinə və özlərinin yaxud da tanışlarının çətin illərdə ordan aldıqları çoxsaylı mənzillərinə görə cəlb edir. Kiprə isə ən əsası, Rusiyadan vizasiz gediş-gəliş olduğu üçün üstünlük verirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır