Gürcüstana ən çox turist Azərbaycandan gedir
02 AVQUST 2016
431

Gürcüstana ən çox turist Azərbaycandan gedir

 Bu ilin ilk 7 ayı ərzində Gürcüstana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artaraq 3 400 335 nəfər təşkil edib. 

Fins.az "APA"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında deyilir. 

Hesabat dövründə turist qismində ölkəyə səfər edənlərin sayı 17,5% və 208 436 nəfər artaraq 1 401 914-ə çatıb. 

Yanvar-iyun aylarında Gürcüstana ən çox Azərbaycandan səfər olunub (+15,1%). İkinci yerdə Türkiyə (+1,6%), üçüncü yerdə Ermənistan (-0,8%), dördüncü yerdə Rusiya (+10,3%), beşinci yerdə isə Ukrayna (+24,3%) qərarlaşıb.

Yeri gəlmişkən, Azərbaycan bu sahədə ilin əvvəlindən liderliyi əldən vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır