Açıq havada ilk hotel açıldı
03 AVQUST 2016
568

Açıq havada ilk hotel açıldı

"Atelier für Sonderaufgaben" arxitektorları İsveçrədə Null Stern hotelinin qeyri-adi layihəsini təqdim ediblər.
Unikal hotel dağ kəndində  və açıq səma altında yerləşir.  Burada dincəlmək üçün ancaq  yataq təklif edirlər. Hotelin  nə divarı, nə də damı yoxdur.  
 
Hoteldə bu il rezervasiya etmək artıq boş yer qalmayıb.  2017-ci il üçün də gözləmə siyahısı tərtib edilib. 
 
Layihə turizm sektorunu canlandirmaq üçün yaradılıb.  Belə bir ideya səyahətçiləri İsveçrənin ən uzaq güşələri ilə tanış etmək məqsədi daşıyır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır