Bu axşam hara gedək? - VARİANTLAR, QİYMƏTLƏR
03 AVQUST 2016
2894

Bu axşam hara gedək? - VARİANTLAR, QİYMƏTLƏR

Yay mövsümün böyük üstünlklərindən biri həm də odur ki, işdən sonra axşam daha çox gəzməyə həvəs və güc olur. Yayın üçüncü ayına keçdikdə Bakıda axşam hara gedə bilərik? Və ya xaricdən gələn qonaqlarınızı işdən sonra hara apara bilərsiz? Bu gün sizə məhz bu axşamın Bakıda TOP-5 maraqlı yerləri ilə bağlı məlumatları təqdim edirik.

1. ADO Teatrı "Ağ-Qara" tamaşası – 10 manat

ADO Teatrı dörd mövsümdür ki, fəaliyyət göstərir və ölkədə ikinci müstəqil underground teatrdır. Bü günki premyera "Ağ-Qara" adlanır və teatr əhli onu kino kimi tamaşa adlandırır.

2. Bakı ətrafı ekskursiya – 90 MANAT

Azərbaycanda son zamanlar daxili turlara çox böyük maraq var. Demək olar ki, yarısı bir neçə günlük olur, digər hissəsi həftə sonları turlarıdır. Amma Bakının əzəmətli yerlərini gəzmək üçün axşam saatlarında olan bir tur təşkil olunub. Tur saat 7-də Azad Qadın heykəlindən başlayır, Avtobus sizi Masazırdakı duzdu gölə aparacaq, daha sonra Yanar dağa yola düşəcəksiniz. Turla Heydər Məscidi tərəfə qayıdacaqsız və sonda Dağüstü parkda saat 11 də şəhərimizin gecə panoramasına baxmaq imkanınız olacaq. Turun ümumii qiyməti 90 manatdır. Bu məbləğ ekskursiya iştirakçıları arasında bərabər bölünür.

3. Heydər Əliyev Mərkəzinin parkı - pulsuz

Heydər Əliyev Mərkəzinin parkı dincəlmək və əylənmək üçün şəhərin ən gözəl məkanlarından biri sayılır. Burada hər bir kəs dincələ, gəzintiyə çıxa, parkda açıq havada nümayiş olunan müxtəlif sərgilərə baxa və əlbəttə ki, ən gözəl anlarını foto və videolarda əbədiləşdirə bilər. Şəhər sakinləri və qonaqlar bu gündən etibarən Heydər Əliyev Mərkəzinin parkında həmçinin "I Love Baku "("Mən Bakını sevirəm") incəsənət kompozisiyası ilə tanış ola biləcək. Burada çəkilən fotoları isə sosial şəbəkələrdə #Ihttps://mail.google.com/mail/e/2764Baku, #ILoveBaku, #IBaku heşteqləri ilə paylaşa bilərsiniz.

4. Üzeyir Hacibəyovun ev-muzeyi – İCAZƏ İLƏ

Bakının muzeyləri işlərini sizinlə birlikdə saat 18-də bitirir. Amma işlərindən zövq alan və qonaq qarşılamağı sevənlər də var. Üzeyir Hacibəyovun ev-muzeyinin idarə heyətinin icazəsi ilə siz qonaqlarınızla birlikdə muzeyi gəzib, dahi bəstəkarımızın həyatı və fəaliyyəti haqqda məlumatlar ala bilərsiniz. Bundan sonra muzeydə olan kinozalda gözəl filmlərimiz olan "O olmasın bu olsun", "Arşın mal alan" seyr edə bilərsiniz.

5. Kafedə dondurma qonaqlığı – 3 manat

İsti yay günlərində ən çox arzusunda olduğunuz bir şey dondurmadır. Hələ bir onun təamlarını özün seçə bilsən.. "Bubble waffle cafe" sizə bu imkanı yaradır. Burda siz geniş çeşidli meyvə dondurmaları ilə birgə, içinə qatılacaq şirniyyatları, ləpələri seçə bilərsiniz.

Hamiya uğurlu istirahətlər!!!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır