Azərbaycana gələn turistlər 30 dəfə artıb
04 AVQUST 2016
376

Azərbaycana gələn turistlər 30 dəfə artıb

Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu tendensiya özünü 2016-cı ilin ilk 6 ayında göstərib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına son 6 ay ərzində Rusiya, Avropa, ərəb ölkələrindən, İran və MDB-dən gələn əcnəbi qonaqların sayı artmaqdadır. Bu ilin may ayında ölkəmizə səfər edən turistlərin sayı ötən illə müqayisədə 30 dəfə artıb. Cari ilin 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 972 min nəfər təşkil edib. Bu rəqəmin içində üstünlük ilk növbədə Rusiya vətəndaşlarının, daha sonra İran, Türkiyə və ərəb ölkələrinin payına düşür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır