Türkiyəyə turist axını iki dəfə azalıb
08 AVQUST 2016
230

Türkiyəyə turist axını iki dəfə azalıb

Çexiyalı turistlər məzuniyyəti keçirmək üçün ölkə seçən zaman oranın təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirirlər. Buna görə də Türkiyəyə getmək arzusunda olanların sayı xeyli azalıb. Bu mövsümdə turizm büroları Çexiya istiqamətində turistlərin sayının 50 faiz azaldığını qeyd edirlər.

Turizm Agentlikləri Assosiasiyasının məlumatına görə, mövsüm ərzində Türkiyədə 80 mindən az Çexiya vətəndaşı dincələcək, halbuki ötən il həmin göstərici 162 min nəfər təşkil etmişdi. Bu da turların qiymətinin orta hesabla 1000 kron (37 avro) düşməsinə səbəb olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır