Azərbaycan Yessentukiyə $25 mln. sərmayə qoyacaq
08 AVQUST 2016
351

Azərbaycan Yessentukiyə $25 mln. sərmayə qoyacaq

Yessentukidə sanatoriyanın tikintisinə Azərbaycanın sərmayələri $25 mln. təşkil edəcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bazar ertəsi Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşçi Şuralarının geniş iclasında çıxışında bəyan edib. 

“Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Xüsusilə, $25 mln. həmcində Yessentukidə sanatoriya tikintisi layihəsi Azərbaycan investisiyaları hesabına həyata keçirilir”, - deyə nazir bildirib.

Bununla yanaşı, Ş.Mustafayev bu layihənin hansı şirkət tərəfindən reallaşdırıldığını dəqiqləşdirməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır