Qara dəniz sahilində çimərliklər tam dolub
08 AVQUST 2016
316

Qara dəniz sahilində çimərliklər tam dolub

Krasnodar rayonunun İstirahət və Turizm Nazirliyi avqustun əvvəlində regionda çimərliklərin 100% rezervasiya olunduğunu bildirib. Fins.az bu barədə "İnterfaks"a istinadən məlumat verir.

Turist axını, gözlənildiyi kimi, ən məşhur istiqamətlərdə - Soci, Anapa bölgələrində qeydə alınıb.

Eyni zamanda, pulsuz olan Azov dənizi çimərliklərinin sahil zonası 50%-ə qədər tutulub. Xatırladaq ki, bu yay Krasnodar regionunda 474 çimərlik açılıb. Bu da, ötən illə müqayisədə 22 dəfə çoxdur.

Yay mövsümü ərzində Sochi otellərinin isə 94% -i artıq tutulub. Rusiyanın turoperatorları bildirir ki, həftə ərzində bu istiqamətdə 100-ə yaxın çarter uçuşları həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır