Dünyanın ən ucuz çimərliklərinin – SİYAHISI AÇIQLANDI
09 AVQUST 2016
364

Dünyanın ən ucuz çimərliklərinin – SİYAHISI AÇIQLANDI

" Travel Bird" portalı dünyanın ən uçuz çimərliklərinin siyahısını açıqlayıb. Fins.az portala istinadən xəbər verir ki, həmin çimərliklər Vyetnam və Hindistandadır.

Siyahıya Vyetnamda yerləşən “Cua Dai Beach” liderlik edir. Burada 100 ml gündən qoruyucu krem cəmi  2,01 dollardır, 500 ml  butulkada su isə  0,50 dollardır. Burada 1 nəfər 8,04 dollara rahat nahar edə bilər.

Bu çimərlikdə bir günlük dincəlməyin ümumi xərci 13,54 dolara başa gəlir.

Avropada isə ən ucuz çimərlik Almaniyada yerləşən "Timmendorfer Strand Beach"dir. O, reytinq cədvəlində 13-cü yerdədi.

Top 10 uçuz çimərliklərin siyahısı

1. Cua Dai Beach, (Vyetnam)

2. Ho Coc Beach, (Vyetnam)

3. City Beach, (Vyetnam)

4. Long Beach, (Vyetnam)

5. Varkala Beach, (Hindistan)

6. Benaulim Beach, (Hindistan)

7. Palolem Beach, (Hindistan)

8. Cavelossim Beach, (Hindistan)

9. Agonda Beach, (Hindistan)

10. Mandrem Beach, (Hindistan)

Qeyd edək ki, dunyanın ən bahalı çimərliyi Taidə yerləşən "La Plage de Maui" hesab edilir. Burada bir günlük istirahət 60,13 dollara başa gəlir. İkinci yerdə olan Murayeva adasındakı "Mareto Plage Publique" çimərliyində 1 gün dincəlmək üçün 58,36 dollardan keçmək lazımdır.

Ən bahalı çimərliklər sırasında üçünçü yeri Numaye şəhərində yerləşən "Anse Vata"da günlük xərciniz 56,11 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır