Bakının görməli terrasları – SİYAHI
12 AVQUST 2016
76

Bakının görməli terrasları – SİYAHI

Yayda heç cür evdə oturmaq olmur, günəşə, açıq havaya üz tutmaq istəyirsən. Biz hər zaman Bakının gəzməli-görməli yerlərindən danışırıq. Bugün ən çox ziyarət edilən məskənlərdən sayılan terrasalı restoranlardan danışaq. Burada açıq havada geniş eyvanlardakı rahat kreslolarda gözəl dincəlmək mümkündür.

RİViERA

 Otel daxilində restoran öz ziyarətçilərini tək dadlı yeməkləri ilə deyil, eyni zamanda dəniz bulvarına açılan panoraması ilə valeh edir.

Soul Kitchen

 
 
 

Gecənizi sakit musiqi və dadlı dondurma ilə keçirmək istəyirsinizsə, məhz onlar üçün seçilmiş bir məkandır. Bu, terras restoranın damında yerləşir.

Yashıl Café

 

Kafe acıq havada paytaxtın mərkəzindən bir qədər kənarda yerləşir. Burada uşaqların dincəlməsi üçün də şərait var. Restoranın ətrafı yaşılıqla örtülüb. 
 

Barrel Playground

Bu terrasa məhz rəqs etməyi sevənlər üçündür. Bura texno-musiqi və kokteyl sevənlərin məkanıdır.

Pasifico Lounge & Dining

Dəniz kənarı bulvarda klassik terrasalı müxtəlif əyləncələri ilə maraqlı bir restorandır. 

Enerji Club

İstirahət üçün növbəti musiqili məkanlardan biridir. Burada yemək yemək, terrasada isə komfortlu divanda dincəlmək olar. 

Merci Baku

Qədim qala ətrafında yerləşən terrasdır. Burada Siz özünüzü Cənubi Fransada hiss edə bilərsiz. 

Shah Palace

İçəri Şəhərdə gəzərək dincəlmək üçün məhz bu oteli seçmək olar. Burada milli mətbəxin dadlı təamlarının dadına baxmaq olar.

Məşhur kafenin filiallarından biri Fəvvarələr meydanında yerləşir. Milli mətbəxlə yanaşı, burada  avropa yeməklərini də dadmaq olar.

Manqal SteakHouse

Dadlı kokteyl sərin terrasda - əla səslənir. Yetərincə ziyarətçisi olan restoranlardan biridir.

Grazie Baku

Bu yeni açılmış məkanda sizi ecaskar canlı musiqi və dadlı yeməklər gözləyir.

MariVanna

MariVanna sadəcə terrasalı restoran deyil, eyni zamanda həm də kiçik bağdır.

R&B Cafe

Açıq havada növbəti terras Bakının ən yüksək nöqtələrindən birində yerləşir. Dadlı mətbəx və qəlyanı ilə məşhurdur. 
 

Cızz-Bızz

İçəri Şəhərdə yerləşən bu terrasa səs-küydən kənar, rahat bir məkandır.
 

150 Bar&Grill

Bakılıların ən sevimlı istirahət məkanlarından biridir.

Cafe Plaza

Bakının mərkəzində yerləşən bu kafedə günorta dadlı yemək yemək, axşam isə sadəsə limonad içərək terrasada dincəlmək olar.

OroNero

OroNero Bar&Ristorante həzin musiqi, dadlı qəlyan sevənlərin məkanıdır.

Bistro

Fairmont Baku Oteli sizi yay terrasına dəvət edir.

Sky Grill

Füsünkar mətbəxi və Bakının gözəlliyini özündə cəmləyir. 

Gloria Jean's

Məşhur kokteyllər və desertlər məkanıdır.

Terrace Garden

Təkrar qayıdaq İçəri Şəhərə. Bura romantikanı sevənlərin məkanıdır.

Chinar

Bu qədim restoran bakılıların sevimli məkanıdır.

Harbour Tap&Grill

Bu terrasada canlı musiqi dinləmək və şam etmək olar. 

Eyvan

Otelin tərkibində yerləşən terrasdır. Burada şəhər mənzərəsindən xüsusi zövq almaq olar. 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır