Bakıdan Antalyaya gedənlərin sayı iki dəfə artıb
12 AVQUST 2016
157

Bakıdan Antalyaya gedənlərin sayı iki dəfə artıb

Bu ilin iyul ayında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Bakıdan Antalyaya səfər edən azərbaycanlıların sayı iki dəfə artıb.

Fins.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev məlumat verib. O bildirib ki, hazırda AZAL Bakı-Antalya-Bakı istiqamətində gün ərzində 4 reys həyata keçirir. Türkiyənin digər məşhur turizm bölgələri olan Bodruma və İzmirə son dövrlərdə səfər edən azərbaycanlıların da sayında artım müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır