“Tufandağ”-da qiymətlər artdı
19 AVQUST 2016
616

“Tufandağ”-da qiymətlər artdı

Azərbaycanın ikinci yay-qış kurortu olan Tufandağ yay mövsümünün nəticələrini açıqlayıb. Fins.az-ın Fineko-ya istinadən verdiyi məlumata görə, bu haqda kurortun Müştəri xidmətləri şöbəsinin təmsilçisi Samir Cəfərov söyləyib. Onun sözlərinə görə, yay mövsümünün əvvəlindən kompleksin ərazisində 88 min turist istirahət edib: “ İyun ayında kompleks 12 min turist qəbul edib, iyulda - 44 min, avqustun 18-dək - 88 min”.

Samir Cəfərovun sözlərinə görə, kurorta gələn qonaqların 98%-i ərəb turistləridir.

“Tələbin böyük olması və Qafqaz Tufandag Mountain Resort Hotel"in doldurulma səviyyəsinin yüksək səviyyəyə çatması qiymətlərə də təsir göstərib. Qiymətlər artaraq bir sutka üçün 170 manat təşkil edib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır