Həftə sonu hara gedək – İSTİQAMƏTLƏR və MARŞRUTLAR
19 AVQUST 2016
380

Həftə sonu hara gedək – İSTİQAMƏTLƏR və MARŞRUTLAR

Yenə həftəsonu, yenə gözəl əhval-ruhiyyə... Və yenə də sizi hara gedək, harda əylənək kimi suallardan azad etmək məqsədi ilə fins.az Bakıda və ətrafda olan maraqlı məkan, görüş, party-larla tanış edir.

Gecə əyləncəsi

Sizi Buddha Bar-da axşam randevusuna dəvət edirik. Özünüzü evinizdəki kimi hiss edin və həftəsonlarınızı yeni musiqi hitləri ilə doldurun: şənbə günü Elcheen Lee, Dj Villi saksafon variasiyaları sədaları altında olacaq.

Price: sifarişdən asıllı olaraq

Marafon

Avqustun 22-si Rodizioda "6 Hands Dinner" adlı heyranedici dadlar marafonu başlayır. Burada sizi Braziliya, İtaliya və Fransadan olan paytaxtın an yaxşı baş aşpazlar triosundan mətbəxt möcüzələri gözləyir. Bu axşamı necə dadlı keçirəcəyinizi təsəvvür edirsiniz? Elə isə dərhal Rodizioda sevimli masanızı sifarış edin - vaxta az qalıb!

Price: 45 AZN 

Uşaqlar üçün əyləncə

Sizi "Port Baku Mall"-da yerləşən, The Entertainer uşaq oyuncaq mağazasında keçirilən Meqa-Pozitiv Bayrama dəvət edirik. 20 avqust 15.00-17.00 arası Əyləncə dolu Proqram gözləyir. 

Face Art
Şar Şousu
Sevimli Cizgi film Qəhramanları ilə görüş..
Və daha nələr nələr!!!
Burada uşaqlar əyləncə dolu oyunlar aləminə qərq olacaq. 

Price: 0 AZN 

Şokolad master-klassı

20-21 Avqust Carrousel Chocolatier-da uşaqlar üçün şokolad master-klasına dəvət edirik. Hər bir uşaq şokoladın hazırlanmasında iştirak edəcək.

Price: 10 AZN 

Maraqlı söhbətlər

Kairos Consulting əhaliyə psixoloji kömək haqda informasiyanı çatdırır və bunun üçün həftənin altıncı günləri “Şənbə  söhbətləri” adlı tədbir keçirir. Bu həftənin mövzusu "XXİ əsrin psixoterapevtik innovasiyaları”dır.

Price: 0 AZN 

Yay əyləncəsi

20 avqust tarixində "Şahdağ" Turizm Mərkəzi yalnız bir gün cəmi 5 AZN ödəməklə 3 əyləncədən yararlanmaq imkanı yaradır. Həmçinin açıq havada canlı musiqi, əyləncəli proqram, uşaqlar üçün xüsusi şou-proqram gözləyir.

Bu fürsəti qaçırmayın! Yayın qızmar çağında əyləncə yağışına hazır olun! 

Price: 5 AZN + 5 AZN nəqliyyat

Park

Sizi Binəqədi rayonundakı Heydər Əkiyev adına parka dəvət edirik. Park gözəlliyi ilə seçilir. Burada müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunmuşdur. Parkda müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri, internet kafe mövcuddur. Parkda yerləşən Cafe Park Chinarda avqustun 21 Superheroes Kids Party-yə də dəvət edirik. Party-də olacaqdır:
• Sehrbaz şou
• Əyləncəli köpük şou
• Rəqs müəlliminin müşayiəti ilə rəqs dərsləri
• Müvəqqəti tatular
• Pulsuz fotosessiya
• Uşaq yemək menusu
• Dondurma
• Musiqi və unudulmaz əyləncə
• Sonda superqəhrəmanlarımız üçün hədiyyələr
Price: park - 0 AZN, party - 15-20 AZN.

Sərgi

Əziz Yaponiya və bu ölkənin mədəniyyətini sevənlər, sizləri Avqust ayının 21-i saat 14:00-da keçiriləcək "Made in Japan" tədbirinə (Yaponiya mədəniyyəti gününə) dəvət edirik.

Mədəniyyət günü yapon rəqsi, yapon musiqilərinin ifası, səhnəcik, yapon döyüş sənəti,oyunlar/yarışlar, oriqami, suşi və digər maraqlı hissələrdən ibarət olacaq. Tədbirdən sonra Yaponiyadan gələn məhsulları münasib qiymət ilə əldə edə bilərsiniz.

Price: 4 AZN

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır