Həftə sonu hara gedək? – İSTİQAMƏT VƏ MARŞURUTLAR
26 AVQUST 2016
677

Həftə sonu hara gedək? – İSTİQAMƏT VƏ MARŞURUTLAR

Budur, 2016-ci ilin axırıncı həftə sonunu da yola salırıq. Və uzun qış boyu yayı xoş xatirələrlə yada salmaq üçün gəlin, bu həftə sonunu drayvla dolu keçirək. Yenə sizi Bakıda mövcud olan əyləncə istiqamətləri ilə tanış etmək istəyirik.

İlk növbədə sizi maraqlı festivallarla tanış etmək istəyirik.

Festival

Avqustun 27-də Qəbələdə III Beynəlxalq mürəbbə festivalı keçiriləcək. Əvvəlki mürəbbə festivallarında olduğu kimi, builki sayca üçüncü beynəlxalq mürəbbə festivalına da Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq. Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Sizi Xtreme Fest 2016 festivalına dəvət edirik. Burada siz ekstremal atraksionlardan tam pulsuz yararlanacaqsız.

Sədxana

27 avqustda sizləri Yoqa Bhadcanın ad günü münasibəti ilə Ritz Plaza-da sədxanaya dəvət edirik. Bütün dünyada bu saatda mənəvi təcrübə - Sədxana keçirilir. Sədxanadan sonra sizləri ənənəvi çay masası və yüksək mənəvi söhbətlər gözləyir. 

Sərgi

Ölkəmizin milli-mədəni irsinin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə “Mədəni irsimiz fotolarda” layihəsi həyata keçirilir. Tədbir çərçivəsində gənc fotografların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərginin təşkil olunacaqdır. Sərgi Art Villa qalereyasında təşkil olunacaq.

Uşaq əyləncəsi

Sizi GANJLIK -da yerləşən, The Entertainer uşaq oyuncaq mağazasında keçirilən, Meqa-Pozitiv Bayrama dəvət edirik!

27 avqust 15.00-17.00 arası əyləncəli proqram təşkil olunacaq.

 Bu həftəsonu PARTY-lərdən də boluq və hamısı bizə çox əyləncəli gecələr vəd edir.

“Capitol Club”da Dj Feeler və Dj Fanur-un çıxışı.

“Rai club”da “Weekend Night Party”. Oriental rəqs və Ukraynadan "Go-Go" rəqqasələrin çıxışı.

“Oxen Brasserie&Lounge”da möhtəşəm “Lets Dance Latin party”si.

“BIANCO Bar&Lounge”da DJ- ləri Ruido Loco&Ayzk yay hitləri ilə çıxışı.

“Mojo Club”da çox popular ifaçı Raufun solo-konserti.

"Le Chateau Music Bar”da gənc və istedadlı müğənni DiHaj-ın çıxışı.

"1984 Pub&Lounge" da Rakı Gecəsi. Tam bir İstanbul abu havası, canlı musiqi və rakı süfrəsi.

“Khazar Golden Beach”də “My Day After Party” əyləncə gecəsi.

“Mayak” restoranında “Summer end Party”.

“Harley Davidson Bayıl” salonunda "Moto-Boom" Party-si. Rok musiqi, gecəyədək DJ, maraqlı müsabiqələr və s. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır