Lənkəran ən populyar kurortlar sırasında – TOP-5-DƏDİR
31 AVQUST 2016
1194

Lənkəran ən populyar kurortlar sırasında – TOP-5-DƏDİR

Hotellərin axtarış servisi RoomGuru.ru rusiyalıların MDB ölkələrində kurort istirahətlərinin nəticələrini açıqlayıb. Fins.az-ın məlumatına görə, reytinq mehmanxanalarının və apartamentlərin 1 iyundan 31 avqustadək bronedilmə və axtarış nəticələrinə əsasən tərtib olunub.

Turistlərin MDB ölkələri arasında ən populyar kurortları sırasında TOP-5-liyə bunlar daxildir: İssık-Kul, Borovoye, Naroç, Lənkəran və Sevan. Məlumata əsasən, rusiyalıların MDB ölkələrinə yay səyahətləri keçən illə müqayisədə 10% artıb. Turistlər yaşayışa orta hesabla sutkada 89,5 AZN (55 USD) xərcləyiblər.

Lənkərana orta hesabla bir həftəlik, İssık-Kulə on günlük səyahətlər seçilib. Ən qısa səfərlər Sevan gölünə olub – 1,5 günlük. Lənkərana rusiyalı turistlər, əsasən, Sankt-Peterburqdan və Moskvadan gəliblər. Turistlər üçün ən ucuz şəhər Bişkek, ən bahalısı isə Astana olub. Minsk MDB ölkələrində yay səyahətləri üçün ən populyar şəhər seçilib. TOP-10-luğa Minsk, Almata, Bakı, Astana, İrəvan, Kiyev, Bişkek, Vitebsk, Kişinyov və Daşkənd daxil olub.

Qeyd edık ki, RoomGuru.ru (HotelsCombined) son üç il ərzində World Travel Awards mükafatı tərəfindən dünyanın ən yaxşı hotelləri üzrə axtarış sistemi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır