Azərbaycanda ekstremal əyləncələr – SİYAHI, QİYMƏTLƏR
08 SENTYABR 2016
929

Azərbaycanda ekstremal əyləncələr – SİYAHI, QİYMƏTLƏR

Ekstremal turizm aktiv həyat tərzi keçirmək və səyahət etməyi sevmək, təbiətin və dünyanın ekstremal imkanlarını sınaqdan keçirməkdir. Bu turizm sahəsi bir çox ölkələrdə inkişat etsədə ölkəmizdə ya bu sahəyə marağın azlığından və ya bir o qədərdə yayılmadığından turizmin bu sahələri elədə çox inkişaf etməyib. Misal olaraq su idman növü dayvinq,veykbordinq,sualtı-xizək,vindsörfinq,raftinq və ya yer üstü idman növlərinə aid mauntinbaykinq,speleologiya. Dağ ekstrimal turizm növlərindən isə snoubord və alpinizm kimi növlər əksər dünya ölkələrində geniş yayılıb. Amma çətin ki, ölkəmizdə bu ekstrimal idman növlərinin hamısı olsun. 2014 cü ilədək Balakən ərazisində paraşutdan tullanma turizmi olsada sonradan bu sahədə xidmətlər dayandırılıb. 

Dağ turizmi - 50-100 DOLLAR

Hazırda ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyəti dağa dırmanma və ovçuluq kimi xidmətlər təklif edir.Məlumat üçün deyək ki,ölkəmizdə qayaya dırmanma turizmi əcnəbi turistlər üçün 3 günlük 400-500 dollar təşkil edir.Yerli vətandaşlar üçün isə bu cür tur cəmi 50 və ya 100  dollara başa gələcək.Travel şirkət nümayəndəsinin sözlərinə görə əcnəbi turistlərlə yerli turistlərə göstərilən xidmətin məbləğindəki fərqin əcnəbilər üçün xüsusi bələdçilərin olması ilə əlaqələndirib.Göstərilən məbləğə oteldə qalmaq çadrlar,xüsusi geyimlər və gündə 3dəfə yemək daxildi. 

Paraplanla ucuş  - 100-120 MANAT

Digər bir ektrimal turizmə daxil olan paraplan idman növü üzrə isə təlimlər bu ilin yay aylarında Şəkidə təşkil olunub.3 günlük çadırda qalma gündə 3 dəfə yemək və bir dəfə paraplandan istifadə turistlər üçün 100-120 manata başa gəldiyini deyən ekspert Yusif Yusifov hazırda bu xidmətin Şəkidə olmadığını bildirib. Həmçini Quba və Qusarda yerləşən otellərdən bildirildiki paraplandan istifadə xidməti üzrə planların olduğu və gələcəkdə turistlərə bu xidmətin təklif olunacağı bildirildi.Şahdağ Zirvə otelində paraplan olmasada digər ekstrimal idman növlərinin turistlərə təqdim edildiyi bildirildi. Bunlar aşağıdakılardı:
 
Zip-line 1 gediş 8 manat
Bab-Kart 1 gediş 7 manat
Trotinet 1 gediş 5 manat 

Ovçuluq turizmi - 2000-3000 DOLLAR

Digər bir turizm idman növü kimi isə ovçuluq idman növü turistlərin xidmətinə təqdim olunur.Burada isə  2000-3000 dollar ödəməklə bu xidmətdən yararlanmaq olar.Bu məbləğə 5 günlük oteldə gecələmə rəsmi icazə,bələdçi ov üçün silah və xüsusi geyimlər daxildi.Qeyd edək ki,ölkəmizdə ekstrimal idman növü ilə Azərbaycan Hava və Ekstrimal idman növləri Federasiyası məşğul olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır