Qərb bölgəsində 3 və 4 ulduzlu otellərin - QİYMƏTLƏRİ
23 SENTYABR 2016
674

Qərb bölgəsində 3 və 4 ulduzlu otellərin - QİYMƏTLƏRİ

Paytaxt Bakıda olduğu kimi bölgələrdə də kifayət qədər hotel var. Xarici ölkələrdən gələn turistlər nəinki Bakıya, həmçinin ölkəmizin bölgələrinə də səfər edirlər. Elə ölkə vətəndaşları da istirahət dövründə rayonlardakı hotellərin xidmətindən istifadə edə bilərlər. Fins.az Qərb bölgəsində yerləşən 3 və 4 ulduzlu otellərin qiymətlərini təqdim edir. Həmin otellərin bu qiymətə doğrudan da layiq olub-olmadıqlarını müştərilər özləri müəyyən edə bilərlər. 

“Gəncə Hotel” - adambaşına 50 manat

Gəncə şəhərində yerləşən 3 ulduzlu Gəncə Hoteldə 1 nəfərlik otaqda gecələmək 50 manatadır. Bu qiymətə səhər yeməyi də daxildir. İki nəfərlik çarpayısı olan otaqda gecələmək 60 manatdır. “Gəncə Hotel”də 1 gecəlik luks otağın qiymti isə 120 manatdır. Oteldə səhər yeməyi və avtodayanacaq müştərilərə pulsuz təklif olunur. 

“Vego Hotel” - adambaşına 117 manat

Gəncədə yerləşən 4 ulduzlu “Vego hotel”də 1 nəfərlik otaqda gecələmək 97 manatdır. İki nəfərlik otaqda gecələmək  isə 115 manat başa gəlir. İki nəfərlik luks otağın qiyməti isə 130 manat təşkil edir. Bu məbləğə səhər yeməyi və avtodayanacaqdan istifadə daxildir. Oteldə saunadan istifadə etmək üçün əlavə 15 manat ödəməlisiz. 

“Cinema Butik Hotel”- adambaşına 50 manat

Gəncədə Cavadxan  küçəsində yerləşən, 3 ulduzlu “Cinema Butik hotel”də 1 nəfərlik otaqda gecələmək  50 manatdır. İki nəfərlik otaqda qalmaq  isə 60 manatdır. Bu qiymətə səhər yeməyidə daxildir. Otelin Luks otaqlarında gecələmək  isə 120 manatdır

“Gədəbəy Eldorado Hotel”- adambaşına 50 manat

Gədəbəydə yerləşən “Eldorado” mehmanxanasında qiymətlər adambaşına 50 manatdır. 2 nəfərlik otaq isə 60 manatdır. Göstərilən məbləğlərə səhər yeməyi də daxildir. Həmçinin avtodayanacaqdan pulsuz istifadə edə bilərsiz. Otelin luks otaqlarına gəlincə isə burada qiymət 250 manat təşkil edir ki, bu otaqda da 4 nəfər rahat istirahət edə bilər. Qeyd edək ki, otel ulduz göstəricisi ilə təsnifatlanmayıb

 “Sərxan Hotel” - adambaşına 40 manat

Şəmkirdə yerləşən “Sərxan hotel”də 1 nəfərlik otaqda gecələmək  adambaşına 40 manat təşkil edir, bu qiymətə səhər yeməyi də daxildir. 2 nəfərlik otaqların qiyməti isə 50 manat təşkil edir. İki nəfərlik luks otağın qiyməti 80 manat təşkil edir. Qeyd edək ki, “Sərxan hotel” də ulduzsuz mehmanxanalar siyahısındadır. 

“İzel Hotel” - adambaşına 30 manat

Tovuzda yerləşən iki oteldən biri – “İzel hotel”də gecələmək 1 nəfərlik otaqda adambaşına 30 manatdır. Bu qiymətə həmçinin səhər yeməyi də daxildir. İki nəfərlik otaqda səhər yeməyi daxil gecələmək isə 50 manat təşkil edir. “İzel otel”in də ulduzu yoxdur.

“Qərb Hotel” - adambaşına 30 manat

Ağstafada yerləşən 3 ulduzlu “Qərb Hoteli”ndə qiymət bir qədər ucuzdur. Belə ki, burada 1 nəfərlik otaqda adambaşına 1 gecə üçün 30 manat ödəməli olacaqsız, amma səhər yeməyi pulludur. Əlavə 3 manat ödəməklə səhər yeməyinə yağ,bal,yumurta və s sifariş verə bilərsiz. İki nəfərlik otaqların qiymətinə gəlincə isə 35 manatdır. 

“Nesiboğlu Hotel” - adambaşına 25 manat

Ağstafada yerləşən digər bir 3 ulduzlu “Nesiboğlu hotel”ində bir nəfərlik otaqda gecələmək 25 manat təşkil edir. Amma bu qiymətə səhər yeməyi daxil deyil. Səhər yeməyi sifariş etmək üçün əlavə 3 manat ödəyəcəksiz. İki nəfərlik otaqda gecələmək isə 35 manatdır. 

“Ayan Palace” - adambaşına 125 manat

Əgər qərb bölgəsində 5 ulduzlu oteldə gecələmək istəsəniz 3 ulduzlu otellə müqayisədə 3 dəfə artıq pul ödəməli olacaqsız. Məsələn Tovuzda yerləşən 5 ulduzlu “Ayan Palace” otelində 1nəfərlik gecələmək adambaşına 125 manatdır.  2 nəfərlik yəni dable otaqlarda gecələmək isə 150 manatdır. Bu qiymətlərə səhər yeməyi və spa mərkəzindən istifadə daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır