Təkcə bir rayona 20 min turist gəlib
28 SENTYABR 2016
523

Təkcə bir rayona 20 min turist gəlib

Balakən rayonuna da gələn turistlərin sayı ildən-ilə artır. Əgər 2011-ci ildə rayona cəmi 8974 turist gəlmişdisə, cari ilin ötən 9 ayı ərzində onların sayı 20 minə çatıb.

Fins.az xəbər verir ki, bu barədə sentyabrın 27-də Balakəndə turizm işçilərinin peşə bayramına həsr olunan tədbirdə məlumat verilib.

Qeyd edək ki, Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni yaradılan Balakən rayonunun dərman bitkilərinə aid sərgi bura gələn turistlərin böyük marağına səbəb olub. Sərgidə nümayiş etdirilən 102 adda dərman bitkisinin hər biri haqqında ətraflı məlumat toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır