Bakıda yeni il neçəyə başa gələcək? – QİYMƏT AÇIQLAMASI
28 SENTYABR 2016
1050

Bakıda yeni il neçəyə başa gələcək? – QİYMƏT AÇIQLAMASI

Rusiya turistlərinin Yeni il istirahəti üçün ən populyar turistik istiqamətləri açıqlanıb. Fins.az-ın verdiyi məlumata əsasən, reytinq 31 dekabr 2016-ci ildən 2017-ci ilin 8 yanvarınadək olan dövrdə hotel və apartamentlərin bronu üçün axtarışların nəticəsində tərtib olunub.
RoomGuru.ru hotellərin axtarışı servisinin tərtib etdiyi siyahıda ilk onluğa Praqa, Minsk, Minsk, Tallinn, Budapeşt, Helsinki, Riqa, Bakı, İstanbul, Tbilisi və Yerevan daxildir.
RoomGuru.ru-nun məlumatına əsasən, Bakıya səfərlər orta hesabla 3,5 günlük planlaşdırılır. Yeni il bayramlarında Azərbaycanın paytaxında yaşayış orta hesabla 45 avroya başa gələcək. Qeyd edək ki, rusiyalı turistlər arasında Bakı ilə yanaşı Şahdağa və Şəkiyə də böyük tələb yaranıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır