Azərbaycana avtomobillə səhayət neçəyə başa gəlir? – SİYAHI
29 SENTYABR 2016
611

Azərbaycana avtomobillə səhayət neçəyə başa gəlir? – SİYAHI

Bu gün dünyada səyahət etmək üçün bir neçə vasitə var. Onlardan biri də turistlərin şəxsi avtomobilləri ilə  səyahət etməsidir.

Gömrük Komitəsindən fins.az-a verilən məlumata görə ölkəmizə avtomobillə gələn hər hansı əcnəbi vətəndaş avtomobillə gəldiyinə görə ödəniş etməlidir.

“Vergi Məcəlləsi”nə əsasən,  əgər əcnəbi vətəndaşın avtomobili avro 4 standartlarına cavab verirsə və nəqliyyat vasitəsi həmin şəxsin adınadırsa o zaman hər hansı bir depazit qoyulmur. Bu halda həmin şəxs 1 ay müddətində Azərbaycanda öz nəqliyyat vasitəsini idarə edə bilər. Lakin  avtomobilin müvəqqəti idarə edilməsi üçün yol vergisi ödənməlidir.

Əgər müəyyən olunan müddətdən artıq qalacaqsa, yol vergisinin məbləği maşının mühərrikinin gücündən asılı olaraq dəyişir:

Vergitutma obyektlərinin adı

Yol vergisinin dərəcəsi

Minik avtomobillərinin, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri:

 

- mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

20 manat

- mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olduqda

20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,02 manat

- mühərrikin həcmi 3000 kub santimetrdən 4000  kub santimetrədək olduqda

40 manat + mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,03 manat

- mühərrikin həcmi 4000 kub santimetrdən 5000 kub santimetrədək olduqda

70 manat + mühərrikin həcminin 4000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,04 manat

- mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda

110 manat + mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə - 0,05 manat

Lakin əgər əcnəbi vətəndaşın avtomobili “Avro 4” standartlarına cavab vermirsə, onda həmin avtomobilə görə avtomobil rəsmiləşməsinin (“rastamoşka”) qiyməti qədər depozit qoyulmalıdır.

Bir çox ekspertlər “Vergi Məcəlləsi”nun bu  müddəalarının  turizmin inkişafına  maneəçilik törətdiyini bildirirlər. Azərbaycan Turizm Assosiasiyasının sədri Müzəffər Ağakərimov bu cür maneələrin aradan qaldırılmasının daha məqsədəyğun olduğunu bildirir.

Bəs həmin maddələrin ləğvi turizm bölgələrində nəqliyyat sıxlığını yarada bilərmi? M. Ağakərimov ölkəmizə avtomobillə gələn turistlərin az olduğundan nəqliyyat sıxlığının aktual olmayacağını bildirdi.

Qeyd edək ki, avtomobillə ölkəmizə gələn əcnəbi vətəndaşların depazit qoyması məsələsi hazırda müzakirə olunur. Bu barədə bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də fikirlərini açıqlayıb. Nazir bu məsələnin bütövlükdə Mədəniyyət və Turizm Nazirliyindən asılı olmadığı deyib. Lakin nazir bu məsələ ilə bağlı müəyyən müzakirələrin aparıldığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır