Şimal bölgəsində otellərin – QİYMƏTLƏRİ
30 SENTYABR 2016
985

Şimal bölgəsində otellərin – QİYMƏTLƏRİ

Azərbaycanda əhalinin istirahət və səyahət üçün üz tutduğu ən populyar istiqamətlərdən biri də şimal bölgəsidir. Quba, Qusar, Xaçmazhazırda ən böyük tələbat olan istiqamətlərdir. Əhalinin bu sahəyə marağını nəzərə alaraq fins.az şimal  bölgəsində yerləşən 3, 4 ulduzlu otelləri və istirahət mərkəzlərini  təqdim edir.

“Quba Şane Otel”

Qubada yerləşən 3 ulduzlu  “Quba Şane Otel”i Qudyalçaydan 400 metr məsafədə yerləşir. Burada gecələmək 1 nəfərlik  otaqda 50 manat, 2 nəfərlik otaqda 1 nəfər 60 manat,  2 nəfərlik otaqda 2 nəfər 100 manatdır.  Qiymətlərə səhər yeməyi və pulsuz internet daxildir. Nahar və şam yeməyini hoteldəki restoranda təşkil etmək olar. 

Qusarda “Qayı Bulax İnn”

Şimal bölgəsində yerləşən digər bir istirahət kompleksi Qusarın “Qayı Bulax İnn” mərkəzidir. Şahdağ turizm kompleksindən 30 km məsafədə yerləşən hoteldə 20 nömrə var.  Otaqların qiymətləri 50-100 manat arasındadır. 2 nəfərlik otaq 50 manat, 4 nəfərlik otaq isə 80 manatdır. Məbləğə səhər yeməyi daxildir.  

Nabranda «Lotos» istirahət mərkəzi  

Xaçmazın Nabran qəsəbəsində yerləşən “Lotos”  ailəvi istirahət mərkəzində qiymətlər 25-100 manat arasındadır. Belə ki, sanitar qovşağı ümumi olan sadə nömrələrdə gecələmə 25-30 manat, standart nömrələrdə gecələmə 40-50 manat, lüks otaqlarda isə 100 manatdır. 

Nabran “Malibu” otel

Nabranda yerləşən daha bir istirahət kompleksi 4 ulduzlu“Malibu” otelidir. Adətən bura yay aylarında gedirlər. Amma otel payız və qış fəslində də müştərilərinə xidmət göstərir. Xəzərdən 500 metr məsafədə yerləşən oteldə qiymətlər 40-70 manat arasındadır. Belə ki, 2 nəfərlik otaq 40 manata, 4 nəfərlik otaq isə 70 manatdır.  Səhər yeməyi pulsuzdur. 

“Terrace Quba Otel”

3 ulduzlu “Terrace Quba Otel”i 2007-ci ildən işə düşüb. Qəçrəşdə «Patio» üslubunda tikilən otelin qonaqları villalarda qalırlar. Otel mərkəzi istilik sistemi, sputnik TV, İnternetlə təchiz edilib və nömrələrə bölünüb:  standart - standard double twin, separate, p/lüks -deluxe, lüks 3 otaqlı - apartment.

İşi istirahətlə birləşdirmək istəyənlər üçün konfrans zalı mövcuddur. Otelin qonaqları asudə vaxtlarını stolüstü oyunlar və ya bilyard oynayaraq keçirə bilərlər, oxumağı sevənlər üçün "KARAOKE" də var.

“Terrace Quba Otel”də 1 nəfərlik standart nömrə 30 manat, 2 nəfərlik standart nömrə 70 manat, 4 nəfərlik yarılüks nömrə 80 manat,  4 nəfərlik lüks nömrə 150 manatdır.  Səhər yeməyi bu məbləğə daxildir. 

Altıağac “Cənnət Bağı”

Xızı rayonu Altıağac qəsəbəsində Altıağac “Cənnət Bağı” istirahət mərkəzində qiymətlər 70 manatdan başlayır. Standart otaq 70 manat, kotteclər 70-90 manat, yarılüks 90-160 manat, lüks 160-230 manatdır. 

Eləcə də bax: Qərb bölgəsində 3 və 4 ulduzlu otellərin - QİYMƏTLƏRİ

“Uyut Otel”

Otel Qəçreşdə yerləşir və ulduzla təsnif olunmayıb. Otel 10 ədəd 3 otaqlı nömrələrdən ibarətdir. Otaqlarda maksimum 5 nəfər qala bilər. Qeyd edək ki,oteldə adam sayından asılı olmayaraq gecələmək 80 manatdır. Bu məbləğə səhər yeməyidə daxildir. 

“Çoban bulaq” istirahət kompleksi

“Çoban bulaq” istirahət kompleksi Xaçmaz rayonunda yerləşir. İstirahət mərkəzindən Xəzərin sahilinə 15 dəqiqəlik yol var. İstirahət mərkəzində kotteclərdə gecələyə bilərsiz. Kotteclər isə 2 nəfərlik və 4 nəfərlik olur.

2 nəfərlik kottec  80 manat

4 nəfərlik kottec 150 manat

“Quba istirahət mərkəzi “

Mərkəz yalnız kotteclərdən ibarətdir. Burada siz açıq havada, təbiət qoynunda gəzə bilərsiz. Kotteclər yalnız 2 nəfərlik və 4 nəfərlik-dir. 

2 nəfərlik kotteclərdə gecələmək 30 manat

4 nəfərlik kotteclərdə gecələmək 60 manat

Göstərilən məbləğə səhər yeməyi daxildir. 

“Qusar Park”istirahət mərkəzi

İstirahət mərkəzində 2 ,4 və 6 nəfərlik kotteclər var. Bundan əlavə, müştərilərə bilyard, stolüstü tennis təklif olunur. Tennis və bilyardın hər birinin saatı 10 manatdır. Həmçinin oteldə pulsuz wi-fi var. 

Kotteclər :2 nəfərlik 80 manat

                   4 nəfərlik 150 manat

                   6 nəfərlik  200 manat

Qeyd edək ki, səhər yeməyi göstərilən məbləğə daxil deyil. Yemək yemək üçün yaxınlıqda yerləşən  restorana gedə bilərsiz.

Eləcə də bax: Bakıda 3 ulduzlu otellər neçəyədir? - QİYMƏTLƏR

“MM-Butik”

Qusarda yerləşən bu istirahət mərkəzində qiymətlər 40-80 manatadır. İstirahət mərkəzi şəhər mərkəzində yerləşir və kotteclərdən ibarətdir.

2 nəfərlik otaq 40 manat

4 nəfərlik otaq 80 manat 

Əgər istirahət mərkəzində tək gecələmək istəsəz, onda sizə 2 nəfərlik otağı 30 manata təklif edəcəklər. Səhər yeməyi göstərilən məbləğə daxil deyil. Səhər yeməyi üçün əlavə 10 manat ödəməli olacaqsız. 

“Alpina Qusar”

Alpina Qusar istirahət mərkəzi 2,4 və 6 nəfərlik  kotteclərdən ibarətdir. İstirahət mərkəzində pulsuz wi-fi var.

2 nəfərlik kottec  40 manat

4 nəfərlik kottec 60 manat

6 nəfərlik kottec 100 manat 

6 nəfərlik kotteclər iki mərtəbəlidir. Göstərilən məbləğlərə pulsuz wi-fi, bilyard və stolüstü tennis daxildir. Amma səhər yeməyi üçün əlavə 5 manat ödəməli olacaqsız. Nahar və axşam yeməyini isə yaxınlıqda yerləşən restoranda edə bilərsiz.

“Ladera” istirahət mərkəzi 

Qusarda yerləşən Ladera istirahət mərkəzində müştərilər üçün həm kotteclər həm də otaqlar təklif olunur. Səhər yeməyi pulsuz verilir.

 Kotteclər: 2 otaqlı 1 nərəlik  110 manat

                2 otaqlı 2 nəfərlik  130 manat

                 3 otaqlı 4 nəfərlik  150 manat  

Əgər gecələmək üçün kottec yox, otaq seçsəniz onda 2 nəfərlik otaq üçün 70 manat ödəməli olacaqsız. 2 nəfərlik lüks otağın qiyməti isə 120 manatdır.  İstirahət mərkəzində müştərilərə sauna və bilyard təqdim olunur. Saunadan istifadə etmək üçün əlavə 30 manat ödəməli olacaqsız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır