Paytaxtda pulsuz filmlər nümayiş olunur
11 OKTYABR 2016
600

Paytaxtda pulsuz filmlər nümayiş olunur

Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyi, “Kinofest” Prodüser Mərkəzinin dəstəyi ilə Rusiya Kinosu Günləri keçirilir.

Qeyd edək ki,Rusiya kino günləri 10 oktyabrdan 14 oktyabra kimi davam edəcək. Nizami Kino Mərkəzindən Fins.az-a bildirdilər ki, hər gün 18:30 –da bir film nümayiş olunacaq. Mərkəzin mətbuat xidmətindən bildirdilər ki,tədbirə şəhər sakinləri tərəfindən maraq yüksəkdir və hər gün zallar izdihamlı olur. 

Ümumilikdə kino günləri çərçivəsində 5 film nümayiş olunacaq. 

Filmlərin nümayiş tarixləri

oktyabrın 11-i 18:30 “Qəhrəman” filmi rejissoru Yuri Vasilyev

oktyabrın 12-i 18:30 “O əjdəhadır”filmi rejissoru İndar Cendubayev

oktyabrın 13-də “Bizim qəbiristanlıqdan olan oğlan” filmi rejissorları İlya Çijikov, Anton Çijikov

oktyabrın 14-də isə “Qutu”filmi rejissoru Edvard Bordukov

Qeyd edək ki,filmlərə giriş pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır