Noyabr ayında Bakı teatrlarında zövq ala biləcəyiniz 10 tamaşa
08 NOYABR

Noyabr ayında Bakı teatrlarında zövq ala biləcəyiniz 10 tamaşa

Soyuq ayın isti xəbərləri - bu tamaşalar noyabr ayı üçün Bakı teatrlarında nümayiş etdiriləcək. Sevdiklərinizi də götürərək, teatrlarımıza üz tutmağı unutmayın. Əsl sənət ocaqlarında canlı sənət izləmək üçün əla şansdır.

1. 12 Noyabr - "Pantomima buketi"

12 Noyabr - "Pantomima buketi"
12 Noyabr - "Pantomima buketi"

Bu maraqlı tamaşa Bəxtiyar Xanızadənin quruluşunda təqdim olunacaq. Tamaşanın musiqi tərtibatı Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur. Rolları Əməkdar artistlər Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, aktyorlar Nurlan Rüstəmov, Səbinə Hacıyeva, Səbirə Həsənova və başqaları ifa edəcək.

12.11.2016. B.Xanızadə "Pantomima buketi" - 18:00

2. 12 Noyabr - "Mən dəyərəm min cavana" tamaşası

12 Noyabr - "Mən dəyərəm min cavana" tamaşası
12 Noyabr - "Mən dəyərəm min cavana" tamaşası

"Məşədi İbad"ın mövzusu əslində bütün zamanlar üçün müasirdir. Klassik əsərin mükəmməlliyi də bundadır. Cəmiyyətdə hökm sürən hərc-mərclik, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, cəhalət, rüşvətxorluq və s. dahi Üzeyir bəyin yorumunda bir növ tarixin təkrarıdır. Cavan qızların varlı qocalara zorla və ya könüllü ərə verilməsi müsəlman aləmi üçün yeni şey deyil. İntəhası, T.Vəliyevanın komediyasında baş verənlər müasir dövrdə cərəyan edir. Tamaşada hadisələr elmi-tədqiqat institutlarının birində baş verir.  

Nəzər saldıqca isə cəmiyyətin ayrı-ayrı təbəqələrinə xas mənfi və müsbət (daha çox ikrah doğuran) nüanslarla tanış olursan. İşə düzəlməyə gələn gündən Gülnaz adlı qızın gözləri qarşısında institutun iç həyatı açılır

  • Komediya   Azərbaycan Dövlət Musiqili Teatrı   bilet :  6-10 AZN
  • 12 noyabr - 19:00  

3. 13 Noyabr - "Mənim ağ göyərçinim" tamaşasının premyerası

13 Noyabr - "Mənim ağ göyərçinim" tamaşasının premyerası
13 Noyabr - "Mənim ağ göyərçinim" tamaşasının premyerası

"Mənim ağ göyərçinim" tamaşasının premyerası Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində baş tutacaq. Pyesin müəllifi yazıçı-dramaturq Tamara Vəliyevadır. 1990 -cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş bu iki pərdəli məhəbbət dramının rejissoru teatrın baş rejissoru Cənnət Səlimovadır. Baş rollarda: əməkdar artistlər Rafiq Hüseynov və Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədov, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Sona Babayeva və başqaları. 

  • Teatr  - Gənc Tamaşaçılar Teatrı   
  • bilet :  6 AZN

4. 13 Noyabr - "1001 Gecə" baleti

13 Noyabr - "1001 Gecə" baleti
13 Noyabr - "1001 Gecə" baleti

Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını etibarsız hesab edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatanda bu dəhşətli qayda pozulur.Ağıllı Şəhrizadə şahın niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizadə hər nağılı belecə tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını xilas edir. Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda Şəhrizadə şahın qəzəbindən həmişəlik qurtula bilir.

  • Balet   Opera və Balet Teatrı   bilet :  13, 16 AZN
  • 13 noyabr - 19:00  

5. 13 Noyabr - Kazanova- sevgi dərsləri

13 Noyabr - Kazanova- sevgi dərsləri
13 Noyabr - Kazanova- sevgi dərsləri

S.Vurğun adına Rus Dram Teatrında aprel ayındaViktor Korkiya və Aleksandr Lavrinin pyesi əsasında Kazanovaa- sevgi dərsləri adlı tamaşanın premyerası keçiriləcək. Kazanova rolunda ilk dəfə Rus Dram Teatrında Azərbaycanın xalq artisti Fəxrədddin Manafov.

  • Teatr   Rus Dram Teatrı   bilet :  11 AZN
  • 13 noyabr - 19:00  

6. 19 Noyabr - "Amerikalı kürəkən"

19 Noyabr - "Amerikalı kürəkən"
19 Noyabr - "Amerikalı kürəkən"

Musiqili Komediya Teatrı yaxın günlərdə tamaşaçılarına yeni tamaşa - bəstəkarı Ramiz Mirişli, ssenari müəllifi yazıçı dramaturq Marat Haqverdiyev olan "Amerikalı kürəkən" musiqili komediyasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissori xalq artisti İlham Namiq Kamaldır. İndiyə qədər teatrda müxtəlif rolları ifa edən aktyor yenidən özünü rejissor kimi sınamaq qərarına gəlib. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, quruluşçu rəssamı Nabat Səmədovadır.  Bundan əlavə tamaşada rolları aktyorlar Ramil Qasımov, Çingiz Əhmədov, Gültac Həsənova, Əkbər Əlizadə, Səmədzadə Xasıyev, Afaq Abbasova və başqaları ifa edəcək.

  • Teatr   Azərbaycan Dövlət Musiqili Teatrı   bilet :  5, 10 AZN
  • 19 noyabr - 19:00  

7. 19 Noyabr - "Adajio"

19 Noyabr -   "Adajio"
19 Noyabr - "Adajio"

Bakının ən fərqli teatr tamaşalarının göstərildiyi pantomima teatrında 19 noyabr tarixində Adajio nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə (Xalq Artisti), Nargilə Qəribova (Əməkdar Artist), quruluşçu rəssam Nargilə Qəribova (Əməkdar Artist), Musiqi tərtibatçısı  - Nargilə Qəribova (Əməkdar Artist), plastik Həll üzrə rejissor - Bəxtiyar Xanızadə (Xalq Artisti), rəqslərin quruluşu - Elnur İsmayılovdur.

Tamaşada rollarda Əməkdar Artist Nargilə Qəribova, Bəhruz  Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə  Musabəyli, Cavad  Nuriyev, Leyla  Atayeva iştirak edirlər.

  • 19.11.2016. B.Xanızadə  "Adajio" - 18:00  
  • Pantomima Teatrı

8. 24 Noyabr - "Karamazov qardaşları" tamaşası

24 Noyabr - "Karamazov qardaşları" tamaşası
24 Noyabr - "Karamazov qardaşları" tamaşası

Rus Dram Teatrının səhnəsində F.M.Dostoyevskinin əsəri əsasında eyni adlı "Karamazov qardaşları" tamaşasının premyerası keçiriləcək. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi İranə Tağızadədir. Baş rollarda - Mabut Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər - Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, Zinaida Sidiyeva, aktyorlar -İlqar Həsənov, Oleq Əmirbəyov, Teymur Rəhimov və başqaları. Baletmeystr - Azərbaycanın əməkdar artisti - Aleksandar Nikuşina, kostyum üzrə rəssam - Tatyana Melnikova, musiqi - Vladimir Neverov.

  • Faciə   Rus Dram Teatrı   bilet :  11, 15 AZN
  • 24 noyabr - 19:00  

9. 26 Noyabr - "Toya bir gün qalmış" tamaşası

26 Noyabr - "Toya bir gün qalmış" tamaşası
26 Noyabr - "Toya bir gün qalmış" tamaşası

Azərbaycan Dövlət Musiqili Teatrı yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" tamaşasının premyerasını təqdim edəcək. Tamaşanın rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Əskər Əskərovdur. Tamaşada Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salmanova, Moyle Mirzəliyeva, Gültac Əlili, Hüseyn Əlili iştirak edir.

  • Teatr   Azərbaycan Dövlət Musiqili Teatrı   bilet :  6-10 AZN
  • 26 noyabr - 19:00   

10. 30 Noyabr - "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası

30 Noyabr - "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası
30 Noyabr - "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası

Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin əsəri əsasında səhnələşdirilən "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası göstəriləcək. Tamaşa Azərbaycanın dahi dramaturqu Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunub.

  •  Gənc Tamaşaçılar Teatrı   bilet :  8 AZN
  • 30 noyabr - 16:00 

 Mənbə: pahoo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır