Bakıda Mütləq Getməli Olduğunuz 10 Teatr
09 NOYABR

Bakıda Mütləq Getməli Olduğunuz 10 Teatr

Hər şeyin rəqəmsallaşdığı və canlılığını itirdiyi bir dövrdə teatra getməyin xüsusi həzzi var. Bakıda gedə biləcəyiniz 10 teatrı sizə təqdim edirik.

1. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Teatrımızın təməlinin qoyulduğu bu səhnədə ilk tamaşanı görkəmli maarifçi Həsən Bəy Zərdabi 1973-cü il, 10 mart tarixində Bakı realnı məktəbinin şagirdləri ilə birgə səhnəyə gətirmişdi. Hal-hazırda da güclü aktyor heyəti ilə fəaliyyətini davam edən teatrda bir-birindən maraqlı dram əsərləri səhnələşdirilir. 

Ünvan: Bakı şəhəri,Yasamal rayonu, Füzuli küçəsi,1

2. Azərbaycan Dövlət Musiqili Teatrı

Azərbaycan Dövlət Musiqili Teatrı
Azərbaycan Dövlət Musiqili Teatrı

Azərbaycan Dövlət Musiqili Teatrı ölkənin ən böyük musiqili teatrlarından olub, tamaşaları əsasən musiqili komediya janrındadır. Gözəl musiqilərin müşaiyəti ilə maraqlı tamaşalara baxmaq istəyirsinizsə, bu əsl sizin məkanınızdır. 

Ünvan:  Bakı şəhəri, Zərifə Əliyeva prospekti, 8. 

3. Azərbaycan Dövlət Pantomim Teatrı

Azərbaycan Dövlət Pantomim Teatrı
Azərbaycan Dövlət Pantomim Teatrı

Sənət tariximizə ilk pantomim teatrı olaraq düşən bu sənət ocağı öz spesifikliyi ilə siyahıda xüsusi yer tutur. Gənc və çox istedadlı aktyor heyətu ilk dəfə 1994-cü ildə "Dəli Yığıncağı" tamaşasının uğurlu nümayişindən sonra hər kəsin rəğbətini qazanıb. Bəxtiyar Xanızadənin rəhbərliyi ilə ilk addımlarını atan bu teatr hal-hazırda bir çoxunun sevimli sənət ocağıdır. 

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti, 49.

4. Azərbaycan Dövlət Rus Dram Teatrı

Azərbaycan Dövlət Rus Dram Teatrı
Azərbaycan Dövlət Rus Dram Teatrı

Şəhərin rusdilli tamaşaçıları tərəfindən xüsusilə sevilən bu teatr görkəmli şair Səməd Vurğunun adını daşıyır. Yerli aktyorların iştirakı ilə baş tutan çox maraqlı tamaşalardan əlavə, teatr tez-tez fərqli ölkələrin teatr truppaları ilə də öz tamaşaçılarını sevindirir.

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi, 7

5. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Olduqca zəngin sənət tarixi olan bu teatr gənc nəslin zövqünə uyğun tamaşalar ilə hər zaman sevilib. Yarandığı ilk illərdən bəri müasirliyə meyl edən, vacib həyatı məsələlərə, cəmiyyətin ağrılı sahələrini qabarıq verən, həmişə bu ənənələri yaşadan yeni yaradıcı nəsil yetişmişdir.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi, 72

6. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Foto - (c) Sefer Azeri

Adından da göründüyü kimi, opera və balet həvəskarlarının əvəzedilməz məkanıdır. Dəbdəbəli görünüşü, zövqlü repertuarı ilə sənətsevərlərin sevimli məkanına çevrilib. Fərqli zaman keçirmək, əsl sənəti hiss etmək istəyirsinizsə, bu sənət ocağı məhz sizin üçündür.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi, 95

7. Azərbaycan Dövlət Kukla Teatrı

Azərbaycan Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı

1931-ci ildə yaradılan bur teatr xüsusilə uşaqların sevimli məkanı olsa da, yaşından asılı olmayaraq hər kəsin zövq alacağı tərzdə tamaşalar göstərən sənət mərkəzidir. Yarandığı illərdə uşaqlar və məktəblilərə uyğun repertuarla çıxış etsə də, 1975-ci ildən etibarən böyüklər üçün də tamaşalar göstərilir. 

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 36

8. Bakı Bələdiyyə Teatrı

Bakı Bələdiyyə Teatrı
Bakı Bələdiyyə Teatrı

1992-ci ildə aktrisa Amaliya Pənahova tərəfindən yaradılan bu teatr aktyor heyətinin peşəkarlığı və oynadığı gözəl tamaşalar ilə yadda qalıb. Premyeraları arasında ən məşhur olanı isə 2011-ci il 16 mayda Məhəmməd Əsəd bəy "Əli və Nino" romanı əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti, 76

9. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı

1968-ci ildə adını daşıdığı Rəşid Beybudov tərəfindən yaradılan bu sənət ocağı Azərbaycan sənət tarixində ilk mahnı teatrıdır. Bu gün teatrın repertuarına Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və s. kimi milli bəstəkarların əsərlərindən ibarətdir.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, R.Behbudocv küçəsi, 24

10. Üns teatrı

Üns teatrı
Üns teatrı

2006-cı ildə yaradılmış yaradıcılıq səhnəsi fərqli konseptə olan tamaşa və musiqi proqramları ilə sevilir. Ənənələr və yeniliyin vəhdətini hiss etmək istəyənlər üçün çox maraqlı gələcək bir məkandır.

Ünvan: Bakı şəhəri, Neftçilər Prospekti, 69

Mənbə: Pahoo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır