YUĞ-da bu həftə – REPERTUAR
29 NOYABR

YUĞ-da bu həftə – REPERTUAR

Noyabrın sonları və dekabrın ilk günləri YUĞ teatrı yeni tamaşalarla tamaşaçıların qarşısına çıxır. Kulis.Azın məlumatına görə, noyabrın 29-u “Rindü-Şeyda”, 30-u “Məhşər günü”, dekabrın 1-i isə “Şok” tamaşaları göstəriləcək.

“Rindü-Şeyda” tamaşasının quruluşçu rejissor teatrın baş rejissoru Gümrah Ömərdir. Tamaşada Amid Qasımov Mətanət Abbaslı, Təranə Ocaqverdiyeva rol alacaq.

Gela Dumbadzenin eyni adlı pyesi “Məhşər günü” tamaşasında Respublikanın Əməkdar artisti Vidadi Həsənov, Amid Qasımov və Könül Cəfərzadə rol alacaq. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir.

Turqay Narın "Şok" tamaşasında isə Əməkdar Artist Rasim Cəfərov, Oktay Mehdiyev, Təranə Ocaqverdiyeva, Vüqar Hacıyev, Zümrüd Qasımova Amid Qasımov rol alacaq. Tamaşanın quruluşçu rejissoru Günay Səttar.

Xatırladaq ki, tamaşalar saat 19.00-da Kukla teatrının binasında nümayiş olunacaq.

Mənbə: Kulis.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır