“Əli və Nino” tamaşasının premyerası baş tutacaq
29 NOYABR

“Əli və Nino” tamaşasının premyerası baş tutacaq

24 Dekabrda Azərbaycan Dövlət Rus Dram teatrın səhnəsində tamaşanın premyerası nümayiş olunacaq. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Qeyd edə ki "Əli və Nino"filminin  Azərbaycanda premyerası oktyabrın 5-də Heydər Əliyev Mərkəzində baş tutub. “Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib. Film yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilib.

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Nino” filminin süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

“Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır