Məşhur rəsm əsərlərinə böyük ekranda baxa biləcəksiz - AFİŞA
10 İYUL
237

Məşhur rəsm əsərlərinə böyük ekranda baxa biləcəksiz - AFİŞA

İyulun 16-dan etibarən Bakı tamaşaçıları film-sərgiləri yüksək keyfiyyətdə və iri ekranda izləmək şansı əldə edəcəklər. Park Sinema-dan Fins.az-a verilən məlumata görə, ekranlarda britaniyalı sənədli film rejissoru Fil Qrabskinin film-sərgiləri nümayiş olunacaq.

Qeyd eədk ki, F.Qrabskinin əl işləri Londondan tutumuş Osloya, Paridən Nyu-Yorka kimi dünaynın müxtəlif muzaylərində son on ilin ən yaxşı sərgi layihələrinin bir parçasına çevrilib. Bu sərgi-filmlər rəsm sənətinin müxtəlif istiqamətləri və dahi rəssamların sənəti ilə kinoteatr zalında yaxından tanış olmaq imkanı yaradır.

Londonun Milli qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, habelə Norveç milli muzeyi, Munka muzeyi, Amsterdam Dövlət muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq incəsənət sevərlərə daha yaxındılar.

HD çəkiliş sayəsində izləyicilər qədim ustad və impressionistlərin, XVII  əsrin hollandiyalı rəssamları və rəssam-avanqardistlərin şah əsərlərini incəliklərinə kimi izləyə biləcəklər. Bu filmlər dünyanın 50 ölkəsində 150-dən çox kinoteatrda numaiş olunub, satılmış biletlərin sayı isə milyonu üstələyib.

Bakıda layihəyə yeddi tammetrajlı filmin nümayişi ilə start verilir. Hər bir film izləyiciləri rəqəmsal kinonun yüksək texnologiyalarının köməyi ilə dünya incəsənətinin şah əsərlərini  tanıdacaq.   Filmlər rəsmləri göstərməklə yanaşı sərginin ərsəyə gəlməsini də əks etdirir.

Məsələn, “Leonardo HD” filminin əsasını Londonda The National Gallery–də keçirilən  “Leonardo da Vinçi: Milan sarayında rəssam” sərgisindən olan ekskursiya təşkil edir. Bəşər tarixində ilk dəfə Leonardonun qırxdan çox əl işi bir məkanda toplanıb. Sözügedən sərgi ətrafında böyük ajiotaj ikinci əl satılan biletlərin qiymətinin 700 dollara kimi artmasına səbəb olmuşdu. Fil Qrabiskinin filmi sayəsində Bakı izləyiciləri bu sərgini adi kino bileti qiymətinə izləyə biləcəklər.

Kuratorların maraq doğuran tədqiqatları, nəhəng muzeylərin fəaliyyəti, əl işlərinin restavrasiyası, sənətşünasların ekspert rəyi, aktyor, yazıçılar, rəssam və musiqiçilərin şəxsi təəssüratları – bütün bunlar film-sərgidə əks olunur. Bu sənədli filmlər sayəsində azərbaycanlı tamaşaçılar təsviri incəsənətin şah əsərlərinin ərsəyə gəlmə tarixçəsi ilə tanış olacaqlar.

Kino nümayişlərin açılışına “Rəssamlıqda bağlar: Monedən Matissaya” filmi ilə start veriləcək. İlk seans iyulun 16-da  saat 13:00-da Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers kinoteatrında baş tutacaq.

London Milli Qalereyasında keçirilən sərgi əsasında çəkilmiş film izləyiciləri rəssamları bu cür şah əsərlər ərsəyə gətirməyə ilhamlandıran Jiverniyaya- Klod Mone bağlarına və Zeebülldə Emil Nolde bağlarına aparır.

 

Biletləri onlayn və ya Park Cinema (Flame Towers) kassalarında əldə edə bilərsiniz. Biletin qiyməti – 9 manat

 

Filmlərin afişası:

Rəssamlıqda bağlar: Monedən Matissaya

16 iyul - 13:00

Park Cinema, Flame Towers

Qoya: cism və qan təxəyyülü

23 iyul - 13:00

Park Cinema, Flame Towers

Renuar:  Naməlum rəssam

30 iyul - 13:00

Park Cinema, Flame Towers

Leonardo HD

6 avqust - 13:00

Park Cinema, Flame Towers

Mikelancelo: Məhəbbət və ölüm

13 avqust - 13:00

Park Cinema, Flame Towers

İmpressionistlər

20 avqust - 13:00

Park Cinema, Flame Towers

Vinsent van Qoq: Yeni baxış

27 avqust - 13:00

Park Cinema, Flame Towers

Mən, Klod Mone

3 sentyabr - 13:00

Park Cinema, Flame Towers

Mirvari sırğalı qız

10sentyabr - 13:00

Park Cinema, Flame Towers

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır