Park Cinemada yeni festivala start verildi - İŞTİRAK PULSUZDUR
06 SENTYABR
579

Park Cinemada yeni festivala start verildi - İŞTİRAK PULSUZDUR

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi,DokuBaku,Park Cinema,Landmark Hotel,”United Cultures”Bakı Media Mərkəzi,YARAT və Turkish Airlines -ın birgə əməkdaşlığı nəticəsində Bakıda İMAGİNE Avropa Tolerantlıq Festivalı keçiriləcək. Park Cinema kinoteatrlar şəbəkəsinin mətbuat xidməti Kəmalə İsmayılova Turizm.fins.az -a açıqlamasında tədbirin əsas məqsədinin mədəniyyətlər arası dialoq və tolerantlıq kimi dəyərlərin əks etdirilməsi olduğunu bildirdi. Festival oktyabrn 12-dən 20-dək Bakıda keçiriləcək. Festivalda müxtəlif musiqi tamaşaları, debatlar, film nümayişləri, foto və video müsabiqələr və incəsənət sərgiləri keçiriləcək.

Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi festivalda nümayiş olunacaq. Festival zamanı oktyabr ayında Park Cinemada nümayiş olunacaq filmlər haqqında daha ətraflı məlumat parkcinema.az saytında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır