Bu həftə premyeraları baş tutacaq filmlər – AZƏRBAYCANDA
11 SENTYABR
315

Bu həftə premyeraları baş tutacaq filmlər – AZƏRBAYCANDA

Park Cinema kinoteatrlar şəbəkəsi bu həftədə tamaşaçılarına yeni filmlər təqdim edəcək. Adı çəkilən şəbəkədən Turizm.fins.az-a verilən məlumata görə sentyabrn 14-də “Ana” adlı filmin premyerası baş tutacaq. Ekran işində sakit həyatlarını məhv edən çağırılmamış qonaqların gəlişi ilə münasibətləri sınaqdan keçməli olan iki gənc cütlüyün dramatik hekayəsi canlandırılıb. Filmdə baş rolları Cenifer Lourens, Havyer Bardem, Ed Harris, Mişel Pfayfer canlandırıb. Film qorxulu janrda çəkilib.

Trailer: 

Bredin Statusu”

Növbəti premyerası olacaq film isə “Brendin Statusu” adlanır. Filmdə Bred adlı şəxsin uğurlu işi və ailəsi var, lakin onun sinif yoldaşlarının nailiyyətləri onu qısqandırır. Oğlu ilə müxtəlif kolleclərdə məktəb tanışlarına rastlıyır və özünü keçmişdə xeyli səhvlərə yol vermiş uğursuz biri kimi hiss edir. Bu filmin də premyerası 14 sentyabrda baş tutacaq.

Trailer: 

Cənazə İşləri”

Belediyede cenaze işleri görəvlisi olan Orhan, kimsəsizler məzarlığında gözətçidir. O Serpil adlı sevgilisi ilə evlənmək istəyir. Lakin yoxsulluq ona istəyini həyata keçirməyə imkan vermir. Lakin günlərin bir günü Orhanın dostu Rafet gizli bir işi aşırmaq üçün ona tiyuna edəcək qədər pul təklif edir. İş isə gizlincə öldürülmüş bir adamın kimsəsizlər qəbirstanlığında dəfn olunması olur. Əvvəlcə bununla razı olmayan Orhan sonradan fikrindən daşınır. Lakin meyiti dəfn edən zaman onun ölmədiyi bəlli olur və hər şeydə elə bundan sonra başalyır. Cənazə İşləri filminin premyerası da 14 sentyabrda baş tutacaq.

Trailer: 

Klaustrafobiya”

Doğum günündə Tayler öz sevgilisi Kristendən mövsümün ən dəbli məkanı olan kvest “Klaustrofobiya”-ya sertifikat hədiyyə alır. Digər iki cütlüklə birgə onlar qapalı məkandan çıxa bilmək üçün bir saat ərzində bir neçə suala cavab tapmalıdırlar. Suallar getdikcə çətinləşir, təhlükə isə daha da real görünməyə başlayır. Dostlar artıq anlayırlar ki, onlar boş yerə burada deyillər, onların hər biri bir açardır və sualları düzgün tapmadıqda kvest özünə qarşı oynamağa başlayır. Ekran işində İven Vilyams, Annabel Stivenson, Elizabet Hauer, Den C. Conson kimi tanınmış similar yer alıb. Ekran işinin premyerası 14 sentyabrda olacaq.

Trailer: 

Ortaq”

Uğursuz nəticələnə xüsus əməliyyat mayor Xromov üçün balaca uşağın bədəninə girməklə yekunlaşır. Hər şeyə səbəb isə falçının lənətidir! Amma polis maşınından uşaq arabasına keçərkən belə o, Uzaq Şərqdə cinayətkar sindikatın başına oyun açmağa müvəffəq olur. Bunlara rəğmən uşağın anası bütün bunlardan xəbərsizdir, ata isə istəmədən Xromovun “ortağına” çevrilməyə məcbur qalır. Çünki, hər şeyi öz yerinə qaytarmaq üçün onlar xüsusi əməliyyatı yekunlaşdırmalıdırlar, bu isə o deməkdir ki, ata uşağı ilə yerli mafiyanın ən təhlükəli başçısının “ovuna” başlayırlar.

Trailer

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır